Mobil versiya
Bakıda yol polisi taksi sürücüsü ilə məzələnib qəzaya saldı - ŞOK VİDEO
Tarix: 22-07-2016 | Saat: 13:19
Bölmə:Cəmiyyət | çapa göndər

Bakıda yol polisi taksi sürücüsü ilə məzələnib qəzaya saldı - ŞOK VİDEO


DYP əməkdaşı taksi sürücüsünün qarşısına keçərək hoqqabazlıq edib

Sosial şəbəkələrdə maraqlı video yayılıb. Videoda Yol Patrul Xidməti avtomobilinin taksiyə qəza şəraiti yaratdığı əksini tapıb. Olay Bakı-Sumqayıt yolunda – "Şamaxinka"dakı körpünün çıxışında baş verib. Videonu çəkən şəxs bildirir ki, 99 YP 473 dövlət nömrə nişanlı DYP avtomobilindəki yol polisi əməkdaşı taksi sürücüsü ilə mübahisə edib. Sonra isə yolda taksi sürücüsünə təhlükəli anlar yaşadıb. Videodan da göründüyü kimi, DYP avtomobili taksini yolun kənarına sıxır, onun qarşısına keçərək təhlükəli manevrlər edir və normal hərəkət etməsinə imkan vermir. DYP əməkdaşının hərəkətlərindən bezən taksi sürücüsü sağ zolağa – Biləcəri istiqamətinə çıxıb və orada qəzaya düşüb. Bunun ardınca DYP avtomobili də qayda pozmaqla həmin yola çıxaraq hərəkət edib.

Belə polis əməkdaşının hərəkətinə hüquqi qiyməti aidiyyatı orqanlar verməlidir.

[media=https://youtu.be/s8zIna1hTiY]



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024