Ağstafada şirniyyat sexinin fəaliyyəti dayandırıldı
Tarix: 25-05-2023 | Saat: 17:31
Bölmə:Ölkə | çapa göndər

Ağstafada fəaliyyət göstərən şirniyyat sexinin fəaliyyəti məhdudlaşdırılıb.
Bu barədə aia.az-a Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat verilib.
Bildirilib ki, tədbirlər çərçivəsində Agentlik əməkdaşları tərəfindən Ağstafa şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 25 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Kərimov Rəhim Həsənəli oğluna məxsus şirniyyat sexində keçirilmiş yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar olunub. Belə ki, istehsal zamanı məhsullarda etiketlənmənin həyata keçirilmədiyi, xammal və hazır məhsulun saxlanması və daşınması zamanı mal qonşuluğu və temperatur rejiminə riayət olunmadığı, məhsulların təhlükəsizlik göstəricilərinin mütəmadi yoxlanılmadığı, sanitariya qaydalarına riayət edilmədiyi, işçilərin mütəmadi olaraq tibbi müayinədən keçirilmədiyi müəyyən edilib.
Faktlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-03-2025
15:32 Mühüm dialoq platforması