Azərbaycan xalqının, dövlət müstəqilliyimizin əbədi xilaskarı
Tarix: 25-05-2023 | Saat: 10:37
Bölmə:Özəl | çapa göndər
Vətən böyüklüyünə görə deyil, özününkü olduğu üçün sevilir. Azadlığı canından artıq sevən Azərbaycan xalqı müstəqillik uğrunda mübarizə aparmaq cəsarətini, qüdrətini ötən əsrdə iki dəfə göstərdi. Amma cənnətməkan Azərbaycana uzanan yad əllər xalqın azadlıq istəyini boğmağa çalışdılar. «Mən ya Vətənimin rifahı üçün yaşamalı, yaxud onunla birlikdə məhv olmalıyan» əqidəsi uğrunda canından keçən fədailər üçün deyiblər: «Ölməz o adamdır ki, özündən sonra Vətən üçün böyük və faydalı yadigarları qalır.» Belə ümumxalq məhəbbətinə layiq olanlar yaşamaq və həyatını azadlıq uğrunda qurban verməyi bacaranlardır. Həyatının mənasını xalqına xidmətdə görən ulu öndər Heydər Əliyev də el məhəbbəti qazanan belə böyük şəxsiyyətlərdəndir.
Azərbaycan xalqının müstəqillik arzusunu əbədiləşdirən, ən ağır günlərdə insanları arxasınca aparmaq qüdrətinə malik ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinin əsasını bu amal təşkil edir: Vətənə məhəbbət mücərrəd anlayış deyil, o, təşkilatçılıq, inkişaf, mədəniyyət tələb edən real mənəvi qüvvə, zənginlikdir.
Respublikaya rəhbərliyinin hər iki dövründə Azərbaycanın müstəqilliyi naminə göstərdiyi xidmətləri ilə Ümummilli Lider adını qazanan Heydər Əliyev bu inamda idi ki, kim özünü təmsil olunduğu millətin övladı hesab edirsə, canından artıq sevdiyi Vətəni onun üçün and yeri olmalıdır.
Dövrünün ən təcrübəli, yüksək zəkaya, siyasi bilik və təcrübəyə malik şəxsiyyəti adına fenomen bacarığı ilə möhür vuran Ulu Öndər Azərbaycanın ən çətin günlərində belə qətiyyətlə mübarizə aparmış, vəzifə məsuliyyətini vətəndaşlıq borcu ilə birləşdirərək həyatı bahasına olsa belə mücadilədən qalib kimi çıxmışdır.
Ulu Öndər mənalı həyatının, siyasi fəaliyyətinin məqsəq və məramını bu sözləri ilə ifadə etmişdir: «Azərbaycan dünyaya Günəş kimi doğacaq.» Ümummilli lider Heydər Əliyevin görmək istədiyi Azərbaycan artıq dünya birliyində öndə gedən flaqman kimi uğurları ilə hamının diqqətini cəlb edir.
Amma bu zirvəyə yüksəlmək o qədər də asan olmamışdır. Hələ sovetlər dövründə yaranan ən kiçik fürsətdən belə Azərbaycanın rifahı naminə bacarıqla istifadə edən müdrik şəxsiyyət Heydər Əliyev ötən əsrin sonlarında qətiyyətli dövlət və siyasi xadim olduğunu bir daha göstərdi.
Dahi Heydər Əliyev ölkəmizin müstəqilliyini dönməz, əbədi və daimi etdi, Azərbaycan demokratik hüquqi dövlət quruculuğu yolu ilə əzmlə irəlilədi və gələcək inkişafın strateji hədəflərini müəyyən etdi. O inkişaf ki, sonrakı illərdə müstəqil Azərbaycanın daha da qüdrətlənməsi və tərəqqisi üçün möhkəm təməl və potensial rolunu oynadı.
Xalq-iqtidar birliyinin sarsılmazlığı 1994, 1995-ci illərdə törədilən dövlət çevrilişlərinə cəhdlər zamanı da təsdiqləndi. İnamına, seçiminə sadiq qalan Azərbaycan xalqı xilaskarının ətrafında sıx birləşdi. Bu həmrəylik sabaha böyük ümidlərlə dolu Heydər Əliyevə inamın əbədiyyət yolu oldu. Azərbaycanı qorumaq, saxlamaq, dövlətçiliyimizi möhkəmləndirmək və inkişaf etdirmək yolları hamar olmasa da, ümummilli lider Heydər Əliyev zəkası ilə bütün çətinliklərə qalib gələrək müstəqilliyimizin əbədi müəllifi adını qazandı.
Dahi şəxsiyyət Heydər Əliyevin dövlət, millət qarşısındakı xidmətləri zaman keçdikcə daha aydın görünür.
Azərbaycan xalqı Ulu Öndərin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcək.
Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
Heydər Əliyev məktəbinin davamçıları Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
05-11-2024
04-11-2024