Mobil versiya
Mikayıl Cabbarov: “Azərbaycan öz iqtisadiyyatını şaxələndirməyi hədəfləyir”
Tarix: 22-05-2023 | Saat: 17:06
Bölmə:İqtisadiyyat | çapa göndər

Mikayıl Cabbarov:

“Azərbaycan öz iqtisadiyyatını və ixracatını şaxələndirməyi hədəfləyir”.

aia.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

“Azərbaycan iqtisadiyyatını və ixracatını şaxələndirməyi hədəfləyirik. Son 4 ildə qeyri-neft-qaz ixracımızı 2 dəfə artırmışıq”, - deyə nazir qeyd edib.

O əlavə edib ki, sənaye, nəqliyyat və yaşıl enerjiyə keçid sahələri Azərbaycan üçün prioritet istiqamətlərdir.

“Biz ənənəvi neft və təbii qaz ixracatçılarıyıq, indi də bərpa olunan enerji mənbələrinin ixracatçısına çevrilmək üçün çalışırıq”, - deyə M.Cabbarov qeyd edib.

Nazir Azərbaycanın strateji coğrafi mövqeyə malik olduğunu qeyd edib və bunun ölkəyə Mərkəzi Asiya, Gürcüstan və Türkiyə bazarlarına çıxış imkanı verdiyini vurğulayıb.

Bundan başqa, onun sözlərinə görə, Azərbaycan və Litva arasında “Sərmayələrin qorunması” və “Vergiqoymanın aradan qaldırılması” sazişlər kimi bir sıra hüquqi bazalar mövcuddur./report

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024