Öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş Ulu öndər Heydər Əliyev xalqımızın qürur mənbəyidir
Tarix: 10-05-2023 | Saat: 16:32
Bölmə:Özəl | çapa göndər
1969-cu il iyulun 14-də Azərbaycanın siyasi səhnəsində sözün böyük mənasında günəş doğdu. Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi seçildi, ilk dəfə ölkəmizdə hakimiyyət sükanına xalqının taleyinə tam yiyə durmaq iqtidarına yetişən soydaşımız yüksəldi. 1969-cu ildə keçirilən məşhur avqust plenumu isə Azərbaycanın həyatında mühüm və şərəfli bir mərhələnin başlanğıcını qoydu. 1969-1982-ci illər respublikamızda quruculuq salnaməsinin parlaq dövrü kimi tarixə düşdü. Ümummilli lider hələ Sovet dövründə böyük uzaqgörənliklə və müdrikcəsinə Azərbaycanın gələcək müstəqilliyinə hərtərəfli zəmin yaratdı. 1969-1982-ci illəri haqlı olaraq Azərbaycanın intibah dövrü adlandırmaq olar. Heydər Əliyev yalnız Azərbaycanın intibah dövrünün müəllifi deyil, həm də öz idealları ilə yollarımızı işıqlandıran parlaq mayakdır, xalqımızın qürur və iftixar mənbəyidir. O, SSRİ-in əsas rəhbər orqanı olan Siyasi Büronun üzvü seçilmişdi. Daha sonra SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin olunmuşdu. Bu hadisələr Azərbaycanda əsl bayram əhval-ruhiyyəsi yaratmışdı. Doğrudan da azərbaycanlının SSRİ kimi nəhəng dövlətin hakimiyyət iyerarxiyasında yüksək mövqe tutması qürurverici idi. Eyni zamanda, Heydər Əliyevin öz nüfuzundan və yüksək vəzifənin imkanlarından istifadə edərək bir sıra ittifaqmiqyaslı layihələri Bakıya yönəldirdi.
SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olarkən gördüyü nəhəng işlər, fitri təşkilatçılıq bacarığı Heydər Əliyevin şöhrətini getdikcə artırırdı. Bu, imperiyanın bəzi rəhbərlərini qıcıqlandırır, onlarda həsəd və paxıllıq hissləri yaradırdı.
Dövlət müstəqilliyinin bərpasının olduqca ağır keçən ilk illərində ölkədə görünməmiş xaos və anarxiya hökm sürürdü. İqtidarın səriştəsizliyi, hakimiyyət uğrunda çəkişmələr Azərbaycanı uçuruma sürükləyirdi. 1993-cü ilin yayında siyasi və iqtisadi böhran kulminasiya nöqtəsinə çatdı. Yaranmış son dərəcə mürəkkəb və ağır vəziyyətdə xalq gözünü Heydər Əliyevə dikmişdi. Hamı belə bir yekdil fikirdə idi ki, ölkəni fəlakətdən yalnız bu müdrik insan qurtara bilər.
Azərbaycan xalqı, xüsusən ziyalılar onu təkidlə Bakıya, siyasi rəhbərliyə dəvət edirdi. Heydər Əliyev gəldi və xilaskarlıq missiyasını cəsarətlə üzərinə götürdü. Bu qayıdış Azərbaycan tarixinə həmişəlik yazılmış hadisələrdən biri oldu. Ulu Öndər uzaqgörən siyasəti, güclü iradəsi sayəsində Azərbaycanı parçalanmaqdan, müstəqilliyini itirmək təhlükəsindən xilas etdi.
Ulu öndər çıxışlarının birində deyirdi: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycana, Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub”.Ötən yüzillikdə cərəyan edən hadisələrin təhlili göstərir ki, respublikanın müstəqilliyə gedən yolu 1969-cu ildən başlayaraq ulu öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirilən məqsədyönlü siyasətlə tamamlanıb. Zaman və ictimai-iqtisadi formasiya baxımından kifayət qədər fərqli olan hər iki tarixi dövrün əsas ortaq cəhətləri isə ulu öndərin Azərbaycana böyük nailiyyətlər qazandıran fədakar xidməti, eləcə də ölkənin inkişafında yeni impuls və tərəqqi meyillərinin geniş vüsət alması olub.
Müdrik siyasətçi və dövlət xadimi olan Heydər Əliyev yaxşı bilirdi ki, yaşanan dərin sosial-iqtisadi böhrandan yeganə çıxış yolu neftdir. Buna görə də gərgin səylər bahasına “Amoko”, “BP”, “Yunokal”, “LUKoyl”, “Statoyl”, “Ekson”, “İtoçu” kimi nəhəng şirkətlərlə “Əsrin müqaviləsi”nin imzalanmasına nail olundu. Bununla da Azərbaycanın inkişafının, gələcək uğurlarının əsası qoyuldu.
Sonra üç dəniz əfsanəsi adlandırılan Bakı-Tbilisi-Ceyhan neft kəməri, onun ardınca Bakı-Tbilisi-Ərzurum qaz kəməri ərsəyə gəldi.
Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlər möhtəşəm quruculuq və tərəqqi, davamlı və hərtərəfli inkişaf mərhələləri kimi şanlı tariximizin səhifələrinə qızıl hərflərlə yazılmışdır. Müstəqillik illərində ulu öndər ölkəmizin inkişaf strategiyasını müəyyən etdi, rifahın, tərəqqinin Azərbaycan modelini yarat¬dı, müstəqil Azərbaycan xarici siyasətdə etibarlı tərəfdaşlıq və sabitlik mərkəzi kimi çıxış edən, iqtisadi və sosial rifah yolunda qətiyyətli addımlarla irəliləyən, Dövlət-Vətəndaş birliyinin təşəkkül tapdığı bir ölkəyə çevrildi.1993--2003-cü illəri əhatə edən ikinci hakimiyyət dövrü ulu öndərin dünyanın ən nadir şəxsiyyətlərindən, görkəmli siyasi xadimlərindən biri olduğunu növbəti dəfə nümayiş etdirdi. Heydər Əliyevin siyasi müdrikliyi, iradəsi və qətiyyəti, mükəmməl idarəçilik qabiliyyəti sayəsində dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan keçid dövrünün çətinliklərini uğurla arxada qoyub, 1996-cı ildən etibarən yenidən dirçəliş mərhələsinə daxil oldu. 1996-2003-cü illərdə makroiq¬tisadi göstəricilər 2-3 dəfə artdı. Bu dövrdə iqtisadiyyatına 20 milyard dollar investisiya qoyulan Azərbaycanda ümumi daxili məhsul 22,3 dəfə artdı. Bütün sahələrdə islahatlar geniş vüsət aldı və respublikamızın beynəlxalq nüfuzu durmadan yüksəlməyə başladı. Balanslaşdırılmış və milli mənafeyə əsaslanan dövlət siyasəti, ictimai-siyasi sabitliyin dayanıqlılığı, iqtisadi qüdrət və güclü sənaye potensialı, elmi-texniki tərəqqi, təhsil və səhiyyənin inkişafı, müasir ordu quruculuğu, xalqın rifahının və həyat tərzinin durmadan yaxşılaşdırılması, milli irsin qorunması və milli-mənəvi dəyərlərin möhkəmləndirilməsi Ümummilli liderin başlıca strateji hədəflərinə çevrildi. Heydər Əliyevin Azərbaycana və regiona sülh, sabitlik və davamlı inkişaf gətirmək yolunda atdığı qətiyyətli addımlar onun beynəlxalq səviyyədə siyasi və ictimai xadim kimi birmənalı şəkildə qəbul edilməsini şərtləndirən həlledici amillər oldu. Ulu öndər Heydər Əliyevin həyat amalı, zaman və məkan anlayışına sığmayan siyasi fəaliyyətinin əsas məqsədi azad və müstəqil bir dövlət qurmaq idi. Tarixə müasir Azərbaycanın memarı olaraq düşən ümummilli lider Heydər Əliyev hər zaman Azərbaycanı özünə güvənən qüdrətli bir ölkəyə çevirmək istəyirdi. Bu yolda qəti addımlar atır, əməli işlər görür, özünün iqtisadi inkişaf yolunda olan Azərbaycanın etibarlı, sağlam gələcəyini qururdu. Azərbaycanın inkişafında qazandığı uğur və nailiyyətlərin davamlı olmasını təmin etmək üçün böyük rəhbər misilsiz fədakarlıq göstərib. Bunun ən bariz nümunələrindən biri də ulu öndərin özündən sonra ölkəmizə layiqincə rəhbərlik edərək qazanılan uğurların davamlılığını təmin edəcək, xalqın alternativsiz liderinə çevriləcək davamçı-varis yetişdirməsindədir.
Bütün ömrünü, həyatını canından artıq sevdiyi xalqına, vətəninə həsr etməkdən rahatlıq tapan və zövq alan insanlar üçün bundan ülvi istək,müqəddəs amal yoxdur. Böyük yaradan da belə insanları yalnız bu amala, istəyə xidmət etməyə məhkum edir. Sovet dövlətinin ictimai xadimi Baybakovun fikirləri unikallığı ilə son dərəcə diqqəti cəlb edəndir. O deyirdi: “Mənim azərbaycanlıların öz vətənlərinə bağlılığına zərrə qədər şübhəm yoxdur. Lakin mən Heydər Əliyev qədər vətənini və millətini sevən ikinci azərbaycanlı təsəvvür etmirəm”.
Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş və xalqımızın taleyində silinməz izlər qoymuşdur. Ulu Öndərin müəyyənləşdirdiyi müstəqil dövlətçilik siyasəti xalqımızın gələcəyinə yönəlmişdir və Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə xidmət edir. Bu siyasi xətt dünyanın yeni nizamına uyğun olaraq, bəzi məqamlarda isə ona təsir göstərərək təkamül yolu ilə inkişaf edir. Məhz buna görədir ki, Azərbaycan dünya siyasətində öz sözünü deməklə yanaşı, digər dövlətlərin də problemlərini həll etməyə qadir olan dövlətə çevrilir. Bunun üçün sarsılmaz zəmin-dahi Heydər Əliyevin müəyyənləşdirdiyi praqmatik xarici və daxili siyasəti olan hüquqi, demokratik, müstəqil Azərbaycan dövləti və bu ideyaların daşıyıcısı Azərbaycan xalqı və onu yeni zəfərlərə aparan müdrik Prezidenti vardır.
Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-12-2024
15:30 XALQI BİRLƏŞDİRƏN QƏLƏBƏ