Mobil versiya
Tramp :Orban Kiyevin Rusiya üzərində qələbəsini istisna edi
Tarix: 11-08-2025 | Saat: 21:18
Bölmə:Özəl | çapa göndər

Tramp :Orban Kiyevin Rusiya üzərində qələbəsini istisna edi
ABŞ prezidenti Donald Tramp bildirib ki, Macarıstanın baş naziri Viktor Orban onunla söhbətində Rusiyanın Ukrayna ilə münaqişədə məğlub olmasından söhbət gedə bilməz, çünki Rusiya müharibələrdə təslim olmur və tarixən onlardan qalib çıxır.
Amerika administrasiyasının rəhbəri Ağ Evdə keçirdiyi mətbuat konfransında Orbanla söhbətinin Co Baydenin prezidentliyi dövründə baş tutmasına aydınlıq gətirib.

"Bir dostum dedi ki, Rusiya güclüdür, çünki mübarizəni davam etdirir. Onlar [ruslar] Hitlerə qalib gəldilər, biz onu məğlub etdik, onlar Napoleonu məğlub etdilər", - Tramp deyib. "Bölgədə olan və hər iki ölkəni çox yaxşı tanıyan çox ağıllı bir adama, Macarıstanın lideri Viktor Orbana sual verdim <...>. Ondan soruşdum: Ukrayna Rusiyanı məğlub edə bilərmi? O, mənə axmaq sual vermiş kimi bir ifadə ilə baxdı və dedi ki, Rusiya nəhəng ölkədir və onlar [ruslar] müharibələr apararaq öz ölkələrini və canlarını müdafiə ediblər". Tramp əlavə edib ki, Orban cavabını “Çin ticarətdə, Rusiya isə müharibədə qazanır” ifadəsi ilə yekunlaşdırıb.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-08-2025