Uzaqgörən strategiya
Tarix: 12-08-2025 | Saat: 10:42
Bölmə:Siyasət | çapa göndər

Azərbaycanın müasir tarixində son 25 il həm siyasi sabitlik, həm də milli məqsədlərin ardıcıl şəkildə həyata keçirilməsi ilə yadda qalmışdır. Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin son illərində qoyduğu strateji xətt, balanslaşdırılmış xarici siyasət və milli maraqların prioritetliyi, 2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da güclənmiş və nəticədə ölkənin geosiyasi mövqeyi yeni səviyyəyə yüksəlmişdir.
Heydər Əliyev 1990-cı illərin mürəkkəb geosiyasi şəraitində Azərbaycanın dövlətçiliyini möhkəmləndirən siyasi kurs formalaşdırdı. Bu kursun əsas sütunları sabitlik, iqtisadi inkişaf, beynəlxalq əməkdaşlıq və münaqişələrin diplomatik həlli idi. Onun hakimiyyətinin son illərində Azərbaycan artıq Cənubi Qafqazda siyasi sabitlik adası kimi tanınırdı. 2003-cü ildə İlham Əliyevin prezidentliyə başlaması ilə bu kurs yalnız qorunmadı, həm də daha fəal xarici siyasət mərhələsinə keçid etdi. Yeni dövrdə diplomatiya ilə yanaşı hərbi güc və iqtisadi resurslar milli maraqların təminində əsas vasitələrə çevrildi.
2020-ci il sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsi, Azərbaycanın hərbi qüdrəti və diplomatik hazırlığının sintezinin parlaq nümunəsi oldu. Ordumuzun uğurlu əməliyyatları nəticəsində 30 ilə yaxın işğalda qalan ərazilərimizin böyük hissəsi azad edildi. 10 noyabr 2020-ci il üçtərəfli bəyanatı isə həm müharibəyə son qoydu, həm də regionda yeni nəqliyyat-kommunikasiya imkanlarının yaradılması barədə maddələri özündə əks etdirdi. “Biz bu qələbə ilə təkcə ərazi bütövlüyümüzü bərpa etmədik, həm də tarixi ədaləti bərpa etdik.”
2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror əməliyyatı ilə Xankəndi, Xocalı, Ağdərə və digər ərazilərdə dövlət suverenliyi tam bərpa olundu. Beləliklə, “Qarabağ Azərbaycandır!” şüarı tarixi reallığa çevrildi.
Vətən müharibəsindən sonra regionun ən mühüm strateji layihələrindən biri Zəngəzur dəhlizinin açılması məsələsi oldu.. Bu dəhliz, yalnız regional iqtisadi inteqrasiya deyil, həm də Türk dünyasının strateji birləşməsi baxımından mühüm addımdır. Prezident İlham Əliyev 2021-ci ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında bildirdi ki, “Zəngəzur dəhlizi Türk dünyasını birləşdirəcək, bu, bizim tarixi missiyamızdır.”
Bəzi Qərb ölkələri, xüsusilə Fransa, Ermənistanın mövqeyini açıq şəkildə dəstəklədi. Buna baxmayaraq, Azərbaycan diplomatiyası beynəlxalq hüquq və iqtisadi əməkdaşlıq alətlərindən istifadə edərək öz mövqeyini qorudu.
Azərbaycanın “sülh sazişi” təşəbbüsü – Ermənistan ilə dövlət sərhədlərinin delimitasiyası və kommunikasiya xətlərinin açılması – beynəlxalq gündəmdə qalmaqda davam edir.
Zəngəzur dəhlizinin tərkib hissəsi olan Horadiz–Ordubad dəmir yolu və Naxçıvana avtomobil yolu layihələri artıq icra mərhələsinə daxil olub. Bu marşrut, həm də Çin–Orta Asiya–Azərbaycan–Türkiyə xətti üzrə yeni “Orta Dəhliz” layihəsini gücləndirəcək.
Heydər Əliyevin diplomatik təməlini qoyduğu müstəqil və balanslaşdırılmış xarici siyasət, İlham Əliyev dövründə qətiyyətli və nəticəyönümlü bir mərhələyə qədəm qoydu. Qarabağın azad edilməsi, Zəngəzur dəhlizinin açılması istiqamətində atılan addımlar və sülh sazişi təşəbbüsü Azərbaycanı regional lider və mühüm qlobal tranzit mərkəzi kimi möhkəmləndirdi. Prezident İlham Əliyev dəhlizin vacibliyini dəfələrlə beynəlxalq tribunalardan səsləndirmiş, bu məsələni BMT, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı kimi qurumlarda gündəmə gətirmişdir.
Lakin bu layihə Ermənistan tərəfindən müxtəlif bəhanələrlə ləngidildi. Ermənistan daxilindəki siyasi dairələrin müqaviməti, bəzi Qərb dövlətlərinin, xüsusilə Fransanın mövqeyi prosesin çətinləşməsinə səbəb oldu. Fransa tez-tez Ermənistanın mövqeyini müdafiə etsə də, Azərbaycanın diplomatik səyləri nəticəsində Zəngəzur dəhlizinin region üçün iqtisadi faydaları beynəlxalq aləmdə daha çox qəbul olunmağa başladı.
2025-ci ilin avqustun 8-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişi imzalandı. Bu saziş çərçivəsində “Trump Route for International Peace and Prosperity” (TRIPP) adlanan beynəlxalq nəqliyyat dəhlizi yaradılması qərara alındı. Marşrut Azərbaycanın əsas ərazisindən Naxçıvana avtomobil və dəmir yolu xəttini, enerji kəmərlərini, optik kabel infrastrukturu özündə birləşdirəcək.
Sazişə görə, bu dəhlizin tikintisi və təhlükəsizliyi ABŞ tərəfindən təmin ediləcək, 99 illik idarəetmə hüququ isə beynəlxalq konsorsiuma veriləcək. Bu, layihənin beynəlxalq təminatla qorunması və regionda uzunmüddətli sabitliyin yaradılması baxımından mühüm addımdır. Türkiyə, Qazaxıstan, Özbəkistan və digər türk dövlətləri bu marşrutu “XXI əsrin strateji İpək Yolu” kimi qiymətləndirdi. Onlar üçün bu dəhliz yeni ticarət bazarlarına çıxış, logistika və enerji təhlükəsizliyi deməkdir.
Digər tərəfdən, İran və Rusiya bu təşəbbüsə ehtiyatla yanaşdı. İran sərhəd bölgələrində hərbi təlimlər keçirdi, Rusiya isə alternativ marşrut təklif etməklə prosesə təsir göstərməyə çalışdı. Buna baxmayaraq, beynəlxalq zəmanət və ABŞ-ın birbaşa iştirakı layihənin reallaşma şansını xeyli artırdı.
Azərbaycan üçün Naxçıvanla birbaşa quru əlaqənin bərpası yalnız logistika məsələsi deyil, həm də milli birliyin və təhlükəsizliyin təminatıdır. Bu yolun bərpası həm iqtisadi, həm də strateji baxımdan ölkə üçün böyük üstünlüklər yaradacaq. Ən əsası isə, bu addım regionun siyasi xəritəsini dəyişdirəcək, Azərbaycanı Cənubi Qafqazın əsas tranzit mərkəzlərindən birinə çevirəcək.
Bu uğurlu siyasətin daha bir mühüm nəticəsi kimi, ABŞ-da imzalanan mühüm beynəlxalq layihəyə, daim Ermənistanı dəstəkləyən Fransa da qoşulmaq məcburiyyətindədir. Bu addım, Azərbaycanın yaratdığı əməkdaşlıq mühitinin dünya gücləri tərəfindən yüksək qiymətləndirildiyini göstərir. Layihə həm iqtisadi, həm enerji təhlükəsizliyi, həm də regional sabitliyin güclənməsi baxımından strateji əhəmiyyət kəsb edir. Fransanın ABŞ-da imzalanan layihəyə qoşulması, Azərbaycanın diplomatik uğurunun beynəlxalq təsdiqidir. Fransa kimi nüfuzlu dövlətin bu prosesə daxil olması layihənin geosiyasi çəkisini artırmaqla yanaşı, sülh sazişinə doğru atılan addımların beynəlxalq dəstəyini də gücləndirəcək.
Azərbaycanın diplomatik təşəbbüsləri yalnız iqtisadi layihələrlə məhdudlaşmır. Hazırda Ermənistanla sülh prosesində mühüm mərhələ yaşanır. Ermənistan hökuməti konstitusiyaya dəyişiklik etmək üçün referendum keçirmək niyyətindədir. Bu dəyişikliklər sülh sazişinin imzalanmasına hüquqi baza yaradacaq.
Son 20 ilin təcrübəsi göstərir ki, uzaqgörən strategiya, siyasi iradə və diplomatik çeviklik birlikdə olduqda, ən mürəkkəb geosiyasi məqsədlər belə reallaşa bilir. Heydər Əliyevin formalaşdırdığı siyasi kurs, İlham Əliyevin liderliyi ilə yalnız davam etmədi, həm də yeni keyfiyyət mərhələsinə yüksəldi. Qarabağın azad edilməsi, Zəngəzur dəhlizinin reallaşması istiqamətində atılan addımlar və “Trump marşrutu” kimi beynəlxalq zəmanətli layihələr Azərbaycanın gələcək onilliklərdə regionun ən mühüm güc mərkəzlərindən biri olacağını göstərir.
Zahir Qəhrəmanov
YAP Şirvan şəhər təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər