Mobil versiya
Bilgəhdə dənizdə batan gəncin meyiti tapılıb
Tarix: 12-08-2025 | Saat: 11:27
Bölmə:Ölkə | çapa göndər

Bilgəhdə dənizdə batan gəncin meyiti tapılıb

Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə batan gəncin meyiti tapılıb.

Bu barədə aia.az-a Fövqalədə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 10 avqust 2025-ci il tarixində FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə məlumat daxil olub və FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları tərəfindən axtarışlara başlanılıb.

Dalğıc-xilasedicilər tərəfindən 2006-cı il təvəllüdlü Tapdıqov Cavid İlqar oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-08-2025