Mobil versiya
Təcili yardım maşını ilə avtomobil toqquşub! Çoxlu yaralı var
Tarix: 11-08-2025 | Saat: 21:39
Bölmə:Özəl | çapa göndər

Təcili yardım maşını ilə avtomobil toqquşub! Çoxlu yaralı var

Manisanın Alaşehir rayonunda təcili yardım maşını ilə avtomobilin toqquşması nəticəsində ikisi ağır 7 nəfər yaralanıb. Yaralılar müalicə üçün yaxınlıqdakı xəstəxanalara aparılıb. Qəza ilə bağlı araşdırmalara başlanılıb.
Qəza saat 16:30 radələrində baş verib.. Məlumata görə, Dənizli istiqamətində hərəkətdə olan 45 AAN 19 dövlət nömrə nişanlı təcili tibbi yardım maşını 33 AEP 427 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Toqquşmanın təsirindən sürücü M.P və avtomobildə olan sərnişin sıxılıb.Ağır yaralanan 2 nəfər yanğınsöndürənlər tərəfindən çıxarılaraq Alaşehir Dövlət Xəstəxanasına çatdırılıb. Aşan təcili yardım maşınında olan iki stajor də daxil olmaqla, beş tibb işçisi də yaralanıb. Xəsarət alan tibb işçiləri Alaşehir Dövlət Xəstəxanası və özəl xəstəxanada müalicə olunub.
Qəzada iştirak edən və işıqforda gözləyən M.A.-nın (52) idarə etdiyi 06 CFR 07 dövlət nömrə nişanlı avtomobilə cüzi maddi ziyan dəysə də, sürücü xəsarət almadan xilas olub. Qəza ilə bağlı araşdırmalara başlanılıb.

aia.az
Tərcmüə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-08-2025