Natiq Qurbanov: “Ulu Öndər Heydər Əliyev hələ sovet dönəmində Azərbaycanın unikal milli inkişaf konsepsiyasının əsasını qoymuşdu”
Tarix: 06-04-2023 | Saat: 08:30
Bölmə:Özəl | çapa göndər
“Ümummilli Lider Heydər Əliyev bu gün müstəqil Azərbaycan dövlətçiliyinin ideoloji əsasını təşkil edən azərbaycançılıq ideyasının bünövrəsinin qoymuş, onun mükəmməl bir konsepsiya şəklində irəli sürmüş və həyata keçirilməsini təmin etmişdir. Ulu Öndərin anadan olmasının 100 illiyi münasibətilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması tariximizin ən çətin və keşməkeşli dönəmlərində Azərbaycanın nicatı və xoşbəxt gələcəyi naminə böyük siyasət meydanına atılan Ümummilli Liderimizin ideyalarının xalqın qəlbində, gələcək nəsillərin qan yaddaşında əbədi olaraq yaşayacağının daha bir sübutudur. Birmənalı olaraq demək lazımdır ki, Azərbaycan cəmiyyətinin milli özünüdərkə dönüşü, xalqımızın tarixi yaddaşının özünə qaytarılması, milli ruhun oyanması mərhələsinin əsası ötən əsrin 70-ci illərində Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Hər hansı milli maraqların önə çəkilməsi cəhdlərinə qarşı ən sərt qadağaların mövcud olduğu sovet dönəmində Azərbaycan xalqının gerçək tarixinin öyrənilməsi, milli ədəbiyyat nümunələrinin, adət-ənənələrinin təbliğ olunması, Azərbaycan dilinin qorunması və geniş yayılması, kadrların milliləşdirilməsi, şəhər və rayonlarda sağlam ictimai mühitin yaradılması kimi cəsarətli addımların atılması Ulu Öndərin qətiyyətinin və siyasi iradəsinin göstəricisi olmuşdur.”
Bu sözləri aia.az-a verdiyi müsahibəsində Azərbaycan Dövlət Kənd Təsərrüfatı Muzeyinin direktoru Natiq Qurbanov deyib.
Müsahibimiz Ulu Öndər Heydər Əliyevin ölkə iqtisadiyyatının bütün digər sahələrində olduğu kimi, kənd təsərrüfatının inkişafında da müstəsna rolunu qeyd edərək bunları deyib: “Ümummilli Lider Heydər Əliyevin həm keçmiş sovetlər dönəmində, həm də müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə bütün sahələrdə olduğu kimi aqrar sahədə də ciddi islahatlar aparılmışdır. Məhz bu islahatların nəticəsində resurslardan məqsədyönlü və səmərəli istifadə təmin olunub, sahənin dayanıqlı inkişafı üçün əsaslı baza yaradılıb. Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda davam etdirilən uğurlu aqrar siyasət nəticəsində ölkə iqtisadiyyatında kənd təsərrüfatı xüsusi yerə sahib olub. Etiraf etmək lazımdır ki, 1970-ci ilə qədər SSRİ-nin ən geridə qalmış subyektlərindən olan Azərbaycan Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi 1969-1982-ci illər ərzində ittifaq miqyasında xüsusi çəkiyə malik olan respublikaya çevrildi. Bu isə isə Ümummilli Liderimizin gördüyü strateji tədbirlərin və həyata keçirdiyi əsaslı islahatların fonunda respublikamızın sürətli inkişafı nəticəsində baş verdi. Məhz görülən tədbirlərin hesabına tənəzzül meyilləri sona çatdı və respublikamız sosial-iqtisadi inkişaf yoluna qədəm qoydu. Oxşar hadisələr müstəqillik dövrünün ilk illərində də baş verdi. Belə ki, 1991-ci ildən ölkənin kənd təsərrüfatı məhsulları istehsalında davam edən tənəzzülə 1996-cı ildən başlayaraq son qoyuldu və ildən-ilə artıma nail olundu.
Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi siyasi, təşkilati tədbirlər, eyni zamanda aqrar islahatların aparılması və görülən digər işlər tezliklə öz bəhrəsini verməyə başladı. Və nəticədə aqrar sahədə dönüş yaranmağa başladı. Ulu öndər hər zaman aqrar islahatların vacibliyini xüsusi vurğulayaraq deyirdi: “Aqrar bölmədə iqtisadi islahatlar aparmaq, mülkiyyət formasını dəyişmək, torpaq islahatı keçirmək, sərbəst iqtisadiyyata geniş yol açmaq respublikamızın həyatında çox mühüm, eyni zamanda, son dərəcə əhəmiyyətli, məsuliyyətli və taleyüklü məsələdir”. Ulu Öndər Heydər Əliyev sosial ədalətə söykənən prinsiplər əsasında formalaşdırdığı ölkənin aqrar-iqtisadi siyasətinin də müəllifi idi. Məhz bu siyasət Azərbaycanda aqrar sahənin gündən - günə inkişafına səbəb oldu.”
Daha sonra Natiq Qurbanov Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu Azərbaycançılıq ideologiyasının bu gün bütün dünya azərbaycanlıları üçün vahid birləşdirici faktora çevrildiyini vurğulayaraq bunları deyib: “Ulu Öndər mükəmməl Azərbaycançılıq ideologiyasının əsasını qoymaqla, milli-mənəvi dəyərlər sistemimizi daha da gücləndirmiş, xalqın milli dövlətçilik məfkurəsinin formalaşması üçün möhkəm zəmin yaratmışdır. Milli-mənəvi dəyərlərimizə qayıdışın və milli oyanışın xalqımız üçün gərəkliliyini nəzərə alan, hər zaman bu məsələni diqqət mərkəzində saxlayan ümummilli liderimiz 21 noyabr 1998-ci il tarixində keçirilmiş və Yeni Azərbaycan Partiyasının yaradılmasının altıncı ildönümünə həsr olunmuş təntənəli yığıncaqda söylədiyi tarixi nitqində demişdir: “Dövlətçilik bu gün və gələcəkdə bizim hər bir vətəndaşımızın, cəmiyyətin, dövlətin əsas vəzifəsidir. Dövlətçilik Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaqdır, Azərbaycanın müstəqilliyini möhkəmləndirməkdir.
Dövlətçilik hər bir vətəndaşın qəlbində olmalıdır.” Ulu öndər milli-mənəvi dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın – dövlət quruculuğu prosesinin mühüm atributu hesab edir, mənsub olduğu xalqın tarixi keçmişinə, mənəvi irsinə və milli dəyərlər sisteminə sönməz məhəbbət hissi ilə yanaşırdı. Artıq uzun müddətdir ki, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan bu gün dünya ölkələri arasnda da söz sahiblərindən biridir. Əlbəttə ki, bu uğurların əsasında Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi və 2003-cü ildən bəri Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilən praqmatik xarici və daxili siyasət kursu durur. Bu siyasət kursu nəticədə milli birliyimizin daha da möhkəmlənməsinə öz misilsiz töhfəsini verdi. 2020-ci ilin sentyabr-noyabr ayları ərzində aparılan 44 günlük Vətən müharibəsi bunun ən bariz təcəssümü oldu. Əldə olunmuş tarixi Qələbə Heydər Əliyev milli ideyası əsasında formalaşmış ümumxalq birliyinin, həmrəyliyinin gücünü bir daha nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz torpaqlarımızın 30 illik işğalına son qoydu və bununla da Ümummilli Liderimizin ən böyük vəsiyyəti yerinə yetirildi”, - deyə Natiq Qurbanov fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
28-12-2024