Ulu öndər hərbi xidmətin hər bir azərbaycanlı gəncin ən şərəfli vəzifəsi olduğunu daim diqqət mərkəzinə çəkirdi
Tarix: 05-04-2023 | Saat: 18:32
Bölmə:Gündəm / Özəl | çapa göndər
Hər hansı ölkənin öz müstəqilliyini qoruyub saxlaya bilməsi üçün güclü ordunun varlığını müstəsna amil kimi dəyərləndirən Ulu Öndər öz çıxışlarının birində demişdir: “Biz müstəqil dövlətik. Müstəqil dövlətin özünəməxsus qüdrəti olmalıdır. Bu qüdrətin əsasını xalq və onun bir hissəsi olan ordu təşkil edir.” Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanın dövlət rəhbəri kimi fəaliyyətinin ilk günlərindən respublikanın suverenliyini, ərazi bütövlüyünü etibarlı şəkildə qorumaq baxımından ölkədaxili hərbi-siyasi sabitliyin, vətəndaş həmrəyliyinin, xalqın birliyinin təmin edilməsinin əhəmiyyətini düzgün qiymətləndirdi və onların əldə edilməsinə də nail oldu. Ümummilli liderin dövlət quruculuğunun bütün sahələrində olduğu kimi, ordu quruculuğu sahəsində də Azərbaycan xalqı qarşısında müstəsna və ölçüyəgəlməz xidmətləri vardır. İlk növbədə qeyd olunmalıdır ki, Ulu öndər Heydər Əliyev bu istiqamətdə hələ sovet dönəmində atdığı addımlarla bugünkü silahlı qüvvələrimizin əsasını qoyub. Ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə öz xalqına misilsiz xidmətlər göstərmiş Ulu öndər qarşıya çıxan bütün çətinlik və maneələrə rəğmən 1971-ci ildə Azərbaycanda Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılmasına nail olmaqla, bugünkü qüdrətli ordumuzun formalaşmasına əvəzsiz töhfə vermiş oldu. Bu məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına yol açdı. Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra C.Naxçıvanski adına Hərbi Məktəb ordu quruculuğunun əsas bazalarından birinə çevrildi. Ulu öndər hərbi xidmətin hər bir azərbaycanlı gəncin ən şərəfli vəzifəsi olduğunu daim diqqət mərkəzinə çəkirdi: “Mən arzu edirəm ki, hər bir Azərbaycan gənci Azərbaycan ordusunda xidmət etməyi özünün müqəddəs vəzifəsi kimi qəbul etsin. Orduda xidmət etməyən gənc cəmiyyətdə böyük hörmət qazana bilməz. Cəmiyyətdə, gələcək həyatda hörmət qazanmaq istəyən gənc gərək mütləq, mütləq əsgərlik borcunu yerinə yetirsin. Əsgərlik borcunu yerinə yetirmək hər bir azərbaycanlı gəncin müqəddəs vəzifəsidir.” Məhz Ulu Öndərin səyləri nəticəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə qəbulu, eləcə də keçmiş SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbulu mümkün oldu.
Təəssüflər olsun ki, 1991-ci ildən sonra, müstəqilliyimizin ilk illərində o dövrdə ölkəyə rəhbərlik edən şəxslərin yol verdikləri ciddi nöqsanlar Azərbaycanda ordu quruculuğu işini də dərin böhrana saldı. 1993-cü ildə Ulu öndər Heydər Əliyev Bakıya dəvət olunanda Azərbaycan Ordusu da bütün digər strukturlar kimi, ağır böhran içində idi. Orduya səriştəsiz, dövlət tərəfindən təyin edilməmiş şəxslərin rəhbərlik etməsi, ordu quruculuğu ilə bağlı dövlətin aydın proqramının olmaması, faktiki olaraq dövlət və ordunun bir-birindən ayrı düşməsi və ordunun ayrı-ayrı qruplaşmaların maraqlarını ifadə edən siyasi işlərə cəlb edilməsi bu böhranı şərtləndirən əsas amillər idi. Ulu öndər ordunun ümumi döyüş qabiliyyətinin ayrı-ayrılıqda götürülmüş hər bir əsgər və zabitin şəxsi keyfiyyətlərindən birbaşa asılı olduğunu daim vurğulayırdı. Öz çıxışlarının birində ümummilli lider demişdi: “Ordunun qüdrətini, onun döyüş qabiliyyətini, qələbə iradəsini təşkil edən döyüşçülərin vətənpərvərlik hissidir. Hər bir əsgər, zabit, döyüşçü vətənpərvərlik hissini, Vətənə, torpağa, müstəqil dövlətimizə, xalqımıza sədaqət hissini hər şeydən üstün tutmalıdır. Məhz bu keyfiyyətləri özündə cəmləşdirən, əks etdirən Azərbaycan Ordusunun döyüşçüsü ordumuzu möhkəmləndirə bilər və hər an qələbəyə nail ola bilər.” Təəssüflər olsun ki, həmin dövrdə ordu daxilində siyasi mənsubiyyətə və məqsədlərə görə yaranmış parçalanma, sovet ordusundan miras qalmış hərbi əmlakın böyük bir hissəsinin talan və məhv edilməsi, orduya çağırış işinin özbaşına buraxılması xaos, özbaşınalıq və qanunsuzluqların baş alıb getməsinə yol açmış, hərbi hissələrin döyüş qabiliyyətinin kəskin şəkildə aşağı düşməsinə səbəb olmuşdu. Ən pisi də bu idi ki, ordu quruculuğu ilə bağlı cəmiyyət daxilində son dərəcə bədbin bir əhval-ruhiyyə var idi və bu, ordunun varlığına son dərəcə dağıdıcı təsir göstərirdi. Əlbəttə ki, bu vəziyyət dövlətin təkcə müstəqilliyini deyil, həm də onun ümumiyyətlə vahid bir ölkə olaraq mövcudiyyətini ciddi təhlükə altına alırdı.
Lakin Ulu öndər Heydər Əliyev bütün xalqı bu prosesə cəlb etməklə Azərbaycanda qısa müddət ərzində yeni ordunun formalaşdırılmasına başladı. Ümummilli lider ilk növbədə xilaskarlıq missiyasını öz üzərinə götürərək respublikanı mərhələli şəkildə düşdüyü dərin böhrandan çıxarmağa başladı və qısa zaman ərzində Azərbaycanın hərbi təhlükəsizliyinin təmin edilməsi üçün real qüvvələri formalaşdıra bildi. Ulu Öndər mütəmadi olaraq keçirdiyi ictimaiyyətlə görüşlərindən birində etdiyi çıxışında ordu quruculuğunun ümümxülq işi olduğunu vurğulayaraq belə demişdir: “Azərbaycan xalqı öz müstəqilliyini, milli azadlığını qoruyub saxlamalıdır. Bunun üçün də Azərbaycanın güclü ordusu olmalıdır. Bu, həm işğal olunmuş torpaqlarımızı düşməndən təmizləmək, həm də gələcəkdə müstəqil Azərbaycanın etibarlı müdafiəsini təmin etmək üçün gərəkdir. Ona görə də orduya diqqət və qayğı göstərmək hər bir vətəndaşın şərəfli borcu olmalıdır.” Ulu öndər Azərbaycan Respublikasının Prezidenti seçilməsindən cəmi bir ay sonra, 2 noyabr 1993-cü il tarixində radio və televiziya ilə xalqa müraciət etməklə ordu quruculuğunda yeni bir mərhələnin başlanğıcını qoydu. Bu müraciət bir tərəfdən sağlam ordu quruculuğunun əsaslarını və bu istiqamətdə xalqın və dövlətin qarşısında dayanan mühüm vəzifələri müəyyənləşdirən konseptual bir sənəd, digər tərəfdən də Ulu öndərin xalqa çağırışı idi. Bu çağırış xalqın bütün təbəqələri tərəfindən qəbul edildi və xalqın bütün potensialı ordu quruculuğuna istiqamətləndirildi. Yəni, Heydər Əliyev böyük dövlətçilik təfəkkürü ilə xalqın potensialını ordu quruculuğu kimi mühüm bir sahəyə səfərbər edə bildi. Ümummilli lider respublika ağsaqqallarına, ziyalılarına, mədəniyyət və incəsənət xadimlərinə, dindarlara, iş adamlarına müraciət edib onları orduya daha yaxından kömək etməyə, əsgər və zabitlərin mübariz döyüş ruhunda tərbiyə olunmasına yardım etməyə, orduda baş verən qanunsuzluqların, başlıcası isə fərariliyin qarşısının alınmasında qətiyyətli mövqe tutmağa çağırdı. Həqiqətən də bir dövlətin və cəmiyyətin orduya münasibəti həmin dövlətin öz nüfuzuna, bu gününə və sabahına olan münasibətidir. Ordu faktorunun rolu isə bilavasitə onun döyüş qabiliyyətindən asılıdır. Ümummilli liderin ardıcıl olaraq apardığı məqsədyönlü və qətiyyətli siyasət nəticəsində Milli Ordu formalaşdırıldı, Azərbaycanın nizami Silahlı Qüvvələrinin yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlər görüldü, orduda kütləvi fərarilik hallarına son qoyuldu, hərbi intizam möhkəmləndirildi. Bu gün Azərbaycanın suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü qorumağa tam qadir olan orduya malik olması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətlərdən biri sayıla bilər.
Məlumdur ki, bu gün Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi, mənzil təminatının yaxşılaşdırılması, eləcə də müdafiə sənayesinin inkişaf etdirilməsi kimi məsələlər daim xüsusi diqqət mərkəzində saxlanılır. Hərbi sənaye kompleksinin dinamik inkişafı nəticəsində Azərbaycan Ordusu ölkə daxilində istehsal olunan müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar və digər hərbi təyinatlı məhsullarla təchiz olunur. Prezident İlham Əliyev Silahlı qüvvələrin modernləşdirilməsini dövlət siyasətinin strateji isiqamətlərindən biri kimi müəyyən edib. Nəticə etibarı ilə bu gün Qafqazda ən müasir ordu olan Azərbaycan Silahlı Qüvvələri Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarət qüdrətli bir ordu kimi formalaşıb. 2020-ci il sentyabr ayının 27-də Şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə düşmən təxribatına son qoymaq və ölkənin ərazi bütövlüyünü bərpa etmək məqsədilə hərbi əməliyyatlara başladı. Cəmi 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın şanlı Qələbəsilə başa çatdı. Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri Bəyanat imzaladılar. Bu Bəyanat əsasında bizim digər rayonlarımız artıq siyasi yollarla Azərbaycana qaytarıldı. Beləliklə, məsələ hərbi-siyasi yollarla həll olundu. Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev öz çıxışlarından birində demişdir: “Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir.” Bu gün Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu sırasında yer alması da məhz dövlət başçısının həyata keçirdiyi bu möhtəşəm siyasətin bariz təzahürlərindən biridir.
Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
28-12-2024