Mobil versiya
“Külək Elektrik Stansiyasının Tikintisi və İnvestisiya Prosesi” mövzusunda vebinar keçirilib
Tarix: 31-03-2023 | Saat: 17:57
Bölmə:İqtisadiyyat | çapa göndər

“Külək Elektrik Stansiyasının Tikintisi və İnvestisiya Prosesi” mövzusunda vebinar keçirilib

Azərbaycan-Türkiyə Enerji Forumu çərçivəsində fəaliyyət göstərən “Bərpa olunan enerjidən istifadə və enerji səmərəliliyi” üzrə İşçi Qrupun təşəbbüsü ilə “Külək Elektrik Stansiyasının Tikintisi və İnvestisiya Prosesi” mövzusunda vebinar keçirilib.
Vebinar iştirakçılarına Türkiyə Külək Enerjisi Birliyinin mütəxəssisləri tərəfindən qlobal külək enerjisi bazarı, ölçmə və külək mühəndisliyi, planlaşdırma və icazə prosesləri, təşviq qaydaları, investisiya prosesi və digər məsələlər barədə Türkiyə təcrübəsinə dair məlumat verilib.
Qarşılıqlı müzakirələr əsasında keçən vebinarda Energetika Nazirliyi, yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (AREA), tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA), “Azərenerji” ASC və “Azərişıq” ASC-nin əməkdaşları da iştirak ediblər. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-11-2024