Ana Sayfa > İqtisadiyyat > “Külək Elektrik Stansiyasının Tikintisi və İnvestisiya Prosesi” mövzusunda vebinar keçirilib
“Külək Elektrik Stansiyasının Tikintisi və İnvestisiya Prosesi” mövzusunda vebinar keçirilib31-03-2023, 17:57. Yazar: sevinc1 |
Azərbaycan-Türkiyə Enerji Forumu çərçivəsində fəaliyyət göstərən “Bərpa olunan enerjidən istifadə və enerji səmərəliliyi” üzrə İşçi Qrupun təşəbbüsü ilə “Külək Elektrik Stansiyasının Tikintisi və İnvestisiya Prosesi” mövzusunda vebinar keçirilib. Vebinar iştirakçılarına Türkiyə Külək Enerjisi Birliyinin mütəxəssisləri tərəfindən qlobal külək enerjisi bazarı, ölçmə və külək mühəndisliyi, planlaşdırma və icazə prosesləri, təşviq qaydaları, investisiya prosesi və digər məsələlər barədə Türkiyə təcrübəsinə dair məlumat verilib. Qarşılıqlı müzakirələr əsasında keçən vebinarda Energetika Nazirliyi, yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (AREA), tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA), “Azərenerji” ASC və “Azərişıq” ASC-nin əməkdaşları da iştirak ediblər. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Geri dön |