Mobil versiya
Qadın kişini zorladı
Tarix: 05-07-2016 | Saat: 16:27
Bölmə:Cəmiyyət | çapa göndər



31 yaşlı kişinin evinə daxil olan 108 kq ağırlığında qadın yuxuda olan “şikarı” ilə sadist cinsi əlaqəyə girdi

28 yaşlı 2 uşaq anası Şanti Gilman yatan adama təcavüz etdiyi iddiası ilə məhkəməyə çağırılıb. Bu qeyri-adi hadisə 2013-cü ilin yayında ABŞ-ın Sietl şəhərində baş verib. İddiaya görə, soyğunçuluq, avtomobil oğurluğuna görə əvvəllər məhkum olunmuş Şanti Gilman 31 yaşlı “şikarı”nın evinə daxil olaraq onu zorlayıb. Polisin 15 ay üzərində işləyib hazırladığı sənədə görə, Şanti Gilman təcavüzə məruz qalan şəxsin dostunun tanışıdır. Bundan başqa qadın narkotik vasitə də qəbul edir.

Dedektivin sözlərinə görə, zərərçəkən təcavüzün baş verdiyi gecə Gilmanın da tanıdığı qonşusunun ad günü mərasimində iştirak etdiyini, evə qayıdan kimi yorğunluqdan dərhal yuxuya getdiyini deyib.

Adı açıqlanmayan zərərçəkən bildirib ki, gecə saat 2-də yuxudan ayılanda özünü 180 kq ağırlığında qadının üzərində görüb. Gilman onu soyunduraraq əl-qolunu bağlayıb.
Zorlandığını iddia edən şəxs zorla qadından xilas olaraq onu evindən qovub. O, polisə ifadəsində 1 gün sonra cinsi müayinə üçün həkimə müraciət etdiyini də yazıb. Məhkəmə qadının mənzilə necə daxil olduğunu açıqlamayıb.

Polis tərəfindən sorğu-sual olunan Gilman 31 yaşlı gənci tanımadığını, onun mənzilinə girərək cinsi əlaqədə olmadığını iddia edib. 28 yaşlı bu qadına zorlama maddəsi ilə cinayət işi qaldırılıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024