Tropik qasırğa Karib dövləti Dominikanı viran qoydu
Tarix: 29-08-2015 | Saat: 15:03
Bölmə:Şou-biznes / Aia TV / Karusel | çapa göndər
“Bu, gözləniləndən daha pisdir”.
Tropik qasırğa “Erika” nəticəsində Dominikan dövlətində 31 nəfərdən çox adam itkin düşüb.
Baş nazir Ruzvelt Skerritin sözlərinə görə, ölkəyə dəyən zərər onu 20 il geri salıb.
“Dağıntıların miqyası dəhşətlidir. Bu, gözləniləndən daha pisdir”, - o bəyan edib. Hökumət başçısının sözlərinə görə, yüzlərlə ev, körpü və yol darmadağın olub.
“Biz Dominikanı demək olar ki, yenidən tikməliyik”, - baş nazir vurğulayıb və baş verənləri “milli faciə” adlandırıb, Associated Press bildirib.
Baş nazirin sözlərinə görə, bir çox rayonlar tanınmaz hala düşüb. Bir neçə saat ərzində Dominikana 38 sm. yağıntı olub.
Daha öncə “Erika”nın qurbanlarının sayının 35 nəfərə çatdığı bildirilib.
Cümə axşamı Dominikan dövlətində baş verən qasırğa nəticəsində adanın 80%-i elektrik enerjisiz və susuz qalıb, əsas aeroport isə daşqına görə bağlanıb. Güclü qasırğa yolların və yaşayış məntəqələrinin su altında qalmasına səbəb olub.
Dominikanda 72,5 min adam yaşayır. Dövlətin ümumi sahəsi 754 kv. metrdir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-11-2024
13:39 SAKİT İLKİN-65