Mobil versiya
Bakıda məşhur şirkətdən xəzinə aparıldı
Tarix: 29-08-2015 | Saat: 14:58
Bölmə:Parlament / Aia TV / Karusel | çapa göndər


İçərisi pulla dolu seyf oğurlanıb.

Avqustun 28-də gecə saat 04:00 radələrində Bakının Xətai rayonunda oğurluq hadisəsi baş verib. Naməlum şəxslər “Qaraçay” tikinti şirkətinin ofisinə girərək içərisi pulla dolu olan seyfi aparıblar.

Aia.Az-ın məlumatına görə, bu barədə Vesti.Az-a Xətai Rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata əsasən, cinayətkarlar mühafizəçi Bəşirova Zama Əbdülseyid qızını (1948) bıçaqla hədələyərək onun əl-qolunu bağlayıblar.

Sonra isə ofisə daxil olaraq 90×35 sm ölçüsündə və içərisində 50 min manat və şirkətin sənədləri olan seyfi oğurlayıblar.

Hələlik cinayətkarların şəxsiyyətləri müəyyən edilməyib. Faktla bağlı araşdırma aparılır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə