Eltun Süleymanov: “Azərbaycanın Avropa məkanına inteqrasiyası sahəsində fəaliyyət çox mühüm mərhələyə qədəm qoymuşdur”
Tarix: 16-03-2023 | Saat: 22:34
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-9 | çapa göndər
“Azərbaycan Avropanın enerji təhlükəsizliyi məsələlərinin həllinə öz töhfəsini verməkdədir. Zəngin neft-qaz ehtiyatlarına malik olan respublikamız yaxın gələcəkdə Avropa Birliyi ölkələri ilə daha sıx əməkdaşlıq edəcəkdir. Bu gün Azərbaycanla Almaniya arasında mövcud olan münasibətlərin səviyyəsi onu deməyə əsas verir ki, Azərbaycan Avropa İttifaqına və digər avrostrukturlara inteqrasiya prosesində rəsmi Berlinin hərtərəfli dəstəyinə ümid edə bilər. Almaniya isə Cənubi Qafqazın ən aparıcı ölkəsi sayılan Azərbaycanla əməkdaşlığı dərinləşdirmək üçün səylərini daha da artırmaq niyyətindədir. Rəsmi Bakı Avratlantik məkana inteqrasiya və Avropa Birliyi ilə sıx əməkdaşlıq prosesində Almaniyanın dəstəyinə xüsusi önəm verir. Almaniya Federativ Respublikası dünya iqtisadiyyatında və siyasətində mühüm rol oynayan ölkə olmaqla Azərbaycanla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə tərəfdardır.
Bu günlərdə Almaniya Federativ Respublikasında rəsmi səfərdə olan cənab Prezident İlham Əlievin Almaniya Kansleri Olaf Şoltsla təkəbətək və geniş tərkibli görüşündə müzakirə edilən məsələlər bunu deməyə əsas verir. Görüşdən sonra dövlət başçıları mətbuata bəyanatla çıxış etmiş, jurnalislərin suallarını cavablandırmışlar.
Qeyd edək ki, səfər çərçivəsində Azərbaycanın Avropa Birliyi ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, eləcə də enerji təhlükəsizliyi məsələləri əsas müzakirə mövzularından biri olmuşdur.”
Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.
Müsahibimz qeyd edib ki, cənab İlham Əliyevmətbuata bəyanatında qeyd etmişdir ki, Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafı istiqamətində çox mühüm addımlar atılmışdır: “Biz Avropa məkanına qaz ixracatımızı artırırıq. 2021-ci ildə əgər Avropaya 8 milyard kubmetr qaz ixrac etmişiksə, bu il bu rəqəm təqribən, 12 milyard kubmetrə çatacaq. Bu, bizim ümumi ixracatımızın yarısı deməkdir, gələcək illərdə öz ixrac coğrafiyamızı Avropada genişləndirmək istərdik.” Almaniyalı iş adamları ilə görüşündə müzakirə edilən məsələlərə münasibətini ifadə edən cənab Prezident demişdir: “Dünən mənim 30-a yaxın almaniyalı iş adamı ilə görüşüm olmuşdur. İki saata yaxın davam edən bu görüşdə Azərbaycana, Azərbaycan iqtisadiyyatına, imkanlara Almaniya biznesi tərəfindən böyük diqqətin şahidi oldum. O cümlədən bərpaolunan enerji növlərinin birgə işlənməsi və istismarı istiqamətində çox gözəl imkanlar var, bu barədə də bu gün biz fikir mübadiləsi apardıq. Azərbaycanın çox geniş bərpaolunan enerji potensialı var. Təkcə Xəzər dənizinin külək enerji potensialı 157 qiqavata bərabərdir və artıq bir neçə kontrakt imzalanıb. Əminəm ki, gələcəkdə Azərbaycan Avropaya təkcə təbii qaz yox, yaşıl enerjini də ixrac edən ölkəyə çevriləcəkdir.”
Azərbaycanın dövlət başçısı almaniyalı iş adamları ilə görüşdə ölkəmizin inkişaf perspektivlərindən danışaraq qeyd etmişdir ki, Azərbaycan Avropa üçün enerji sektorunda etibarlı tərəfdaşdır. Bir ildən az vaxt bundan əvvəl Azərbaycan Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen tərəfindən Avropa üçün enerji sektorunda etibarlı tərəfdaş adlandırılıb. Nailiyyətlərimizin bu cür qiymətləndirilməsi böyük şərəfdir. Həqiqətən də real hədəf olan yerdə, biz bir çox Avropa ölkələrini neft, neft məhsulları, neft-kimya məhsulları ilə təchiz edirik.”
Eltun Süeymanov bildirmişdir ki, “cənab Prezident Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə ardıcıl olaraq çatdırmaqla almaniyalı iş adamlarının diqqətini ölkəmizdə aparılan işlərə yönəltmiş, ölkənin enerji sahəsində əldə etdiyi nailiyyətləri qeyd etmişdir. Ölkə başçısı bildirmişdir ki, “Bərpaolunan enerji mənbələrinin böyük potensialı var. Azərbaycanda külək və günəş enerjisi mənbələrinin potensialı 200 qiqavata yaxındır. Hazırda biz nəinki xarici sərmayədarları cəlb etməkdə davam edirik, o cümlədən həmin enerji həcmlərini ixrac etmək məqsədilə lazımi ötürmə imkanlarını da yaradırıq”
Müsahibimz sonda qeyd etmişdir ki, ölkə başçısının “Böyük Qayıdış” proqramı ilə bağlı söylədikləri almaniyalı iş adamlarının diqqətini cəlb etmişdir. Hazırda işğaldan sonra Qarabağda aparılan bərpa-quruculuq işləri göstərir ki. Bu torpaqların əsl sahibi kimdir. 30 il ərzində erməni vandalizminin təsiri ilə daşı daş üstə qalmayan bu ərazilərdə bir dənə də olsun infrastruktur qalmamışdır. İşğaldan sonra isə həyata keçirilən layihələr əhalinin məskunlaşması ilə yanaşı, bu ərazinin yaşıl enerji zonasına çevrilməsinə imkan yaradır.
Xarici sərmayədarlar üçün əlverişli mühitin mövcudluğu, xüsusən enerji sahəsinə yatırımalr qoyulması üçün imkanların olduğunu bildirən cənab Prezident demişdir: “Azərbaycanda elektrik enerjisi ilə bağlı mövcud daxili qiymətlər xarici sərmayədarlar üçün sərfəlidir. Bu gün bizim icra olunan iki müqaviləmiz var. Onlardan biri “Masdar” ilə, digəri isə, “ACWA Power” ilə imzalanıb. Bunlar iki qlobal enerji şirkətləridir və onlar bərpaolunan enerjiyə böyük sərmayələr yatırırlar. Bu iki müqavilə icra olunmaqdadır. Ümumi həcmi 470 meqavatdır. Bundan əlavə bu yaxınlarda BP ilə təməlqoyma mərasimi olacaq. Bu, əlavə 240 meqavat təşkil edəcək. Beləliklə, üç əsas enerji şirkəti hesab edir ki, Azərbaycanda bərpaolunan enerji sahəsində qiymətlər, tənzimləyici qaydalar və biznes mühit münasibdir.” Cənab Prezidentin Almaniya səfəri və keçirdiyi görüşlər bir daha əminlik yaradır ki, Azərbaycanın Avropa məkanına inteqrasiyası sahəsində fəaliyyət çox mühüm mərhələyə qədəm qoymuşdur. Bu proses Azərbaycanın nüfuzunu artırmaqla bərabər. Ölkənin iqtisadi inkişafına da ciddi təkan verəcəkdir.”
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-12-2024