Fərhad Acalov: “Azərbaycanda idmanın inkişafı Ölkə Prezidenti cənab İlham Əliyevin birbaşa nəzarəti altında yüksək dinamika ilə davam edir”
Tarix: 14-03-2023 | Saat: 15:18
Bölmə:Özəl / İdman | çapa göndər
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması bütün xalqın iradəsini ifadə edən müdrik və ədalətli qərardır. Bütün dünya azərbaycanlılarının ümummilli lideri müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqın xilaskarı olmaqla, eyni zamanda da ölkəmizdə ictimai-siyasi həyatın bütün sahələrində inkişafın əsasını qoymuş, bu sahələrin hər birinin həm mənəvi, həm də maddi-texniki bazasını yaratmışdır. Bu gün Azərbaycanda bütün digər sahələr kimi idman sahəsi də dinamik şəkildə inkişaf edir. Ölkəmizdə mütəmadi olaraq keçirilən müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir. Diqqətəlayiq haldır ki, ötən il Azərbaycan idmançıları beynəlxalq yarışlarda 800-dən çox medal qazanmışlar ki, onlardan 300-ə yaxını qızıl medal olmuşdur. Bu, bir daha göstərir ki, Azərbaycanda idmanın inkişafı ardıcıl xarakter daşıyır. Cənab Prezident İlham Əliyevin dediyi kimi, 2023-cü il bir çox parametrlər üzrə həlledici il olacaq. Məhz buna görə də dövlət başçısı bir vəzifə olaraq bütün idman ictimaiyyəti, nazirlik, Milli Olimpiya Komitəsi, federasiyalar, klublar, idman cəmiyyətləri qarşısında Azərbaycanın Yay Olimpiya Oyunlarında da öz gücünü təsdiqləməsini bir vəzifə kimi qoyub.”
Bu sözləri aia.az-a verdiyi müsahibəsində 1 Nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin (RİOEUGİM) direktoru, müstəqil Azərbaycanın boks üzrə gənclər arasında ilk dünya çempionu Fərhad Acalov deyib.
Müsahibimiz respublikamızda hələ sovetlər birliyi dövründə Ulu öndər Heydər Əliyev tərəfindən idmanın inkişafı üçün güclü zəmin yaradıldığını vurğulayıb və bildirib ki, ümummilli liderimizin ölkə gənclərinin sağlam ruhda tərbiyəsi, əsl vətəndaş kimi formalaşması naminə həyata keçirdiyi məqsədyönlü islahatlar arasında idmanın inkişafına yönəlmiş tədbirlər hər zaman önəmli yer tutub: “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin respublikaya hələ birinci rəhbərliyi dövründə bütün digər sahələrdə olduğu kimi, idmanın da inkişafına böyük diqqətlə yanaşılmış, gələcək inkişaf perspektivləri ciddi nəzərə alınmışdı. Həmin illərdə idmanın maddi-texniki bazasının yaradılması üçün çox işlər görülmüşdü. Bir çox idman kompleksləri, qurğuları, zalları tikilmiş, meydançalar salınmış, böyük idman-sağlamlıq mərkəzləri yaradılmışdı. 1970-ci illərdə Bakıda 250 idman meydançası və şəhərciyi salınmışdı. 1973-cü ildə Bakıda möhtəşəm idman sarayının təməli qoyularaq inşa edildi. 1974-cü ildə ölkənin 36 rayonunda 59 uşaq-gənclər idman məktəbi fəaliyyət göstərirdi. Təəssüflər olsun ki, Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra keçən ilk iki il ərzində özünü bütün sahələrdə qabarıq şəkildə göstərən böhran idman sahəsini də tənəzzülə uğratmışdı. Hələ sovetlər dövründə qazandığı müvəffəqiyyətlərlə məşhurlaşmış adlı-sanlı, perspektivli idmançılarımızın böyük əksəriyyəti dözülməz şərait ucbatından Azərbaycanı tərk etmək məcburiyyətində qalmışdılar. Ulu öndər Heydər Əliyevin vaxtilə xalqına ərməğan etdiyi idman kompleksləri baxımsızlıq üzündən dağıdılmışdı. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə idmana münasibət kökündən dəyişdi. İdmanın və bədən tərbiyəsinin inkişafı dövlət siyasətinin prioritet qollarından birinə çevrildi, bu sahədə yüksəlişin əsası qoyuldu. Müstəqil Azərbaycanın həm də bir idman ölkəsi kimi beynəlxalq aləmdə tanınması və olimpiya hərəkatına qoşulması geniş vüsət aldı. 1993-cü ilin noyabrında Ulu öndər dünya və Avropa miqyaslı yarışlarda yüksək nəticələr göstərmiş Azərbaycan idmançılarını qəbul etdi. Bu görüşdə Heydər Əliyev qeyd etdi ki, idmançılar dövlətin xüsusi qayğısı ilə əhatə olunmalıdırlar. Bu qayğı həm də ölkəmizdə idmanın inkişafına, istedadlı idmançıların potensial imkanlarının açılmasına xidmət etməlidir. Dövlətin idman siyasətinin həyata keçirilməsi üçün 1994-cü ildə Ulu öndər Heydər Əliyevin fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Bu mənada, 1994-cü ili respublikanın idman həyatında dönüş ili adlandırmaq olar. 1995-ci il martın 5-də Heydər Əliyev yeni bir fərman imzaladı. Həmin fərmana əsasən, Azərbaycan Respublikası əhalisi arasında sağlam həyat tərzinin təbliğ edilməsi və bədən tərbiyəsinin maddi-texniki bazasının inkişaf etdirilməsi, bu sahədə ümumxalq yardımının təşkil olunması məqsədilə gənclərin idmana marağını artırmaq və Azərbaycan idmanının beynəlxalq miqyasa çıxmasına real zəmin yaratmaq üçün Azərbaycan Prezidenti yanında fond yaradıldı. Bu tarixi gündən 10 il sonra, 2005-ci il mart ayının 4-də isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 5 mart tarixinin ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzaladı. Bu gün ölkəmiz Azərbaycan dövləti tərəfindən inkişafına hər zaman xüsusi diqqət və qayğı göstərilən idman sahəsində həqiqətən də böyük uğur və nailiyyətlər əldə edib. Respublikamız beynəlxalq idman arenalarında müstəqil dövlət kimi təmsil olunmağa başladığı ilk gündən bu günə qədər keçən müddət ərzində Azərbaycan dünyanın aparıcı idman ölkələri sırasında özünə layiqli yer almış, planetin ən populyar idman mərkəzlərindən birinə çevrilmişdir.”
Daha sonra RİOEUGİM-in direktoru Azərbaycanda idmana qayğı və sağlam həyat tərzinin təbliğ edilməsini dövlət siyasətinin prioritet istiqaməti olduğunu qeyd edərək bunları deyib: “İdman istər fərdi qaydada insanlar üçün, istərsə də ölkələr və dövlətlər üçün özünü ifadəetmənin ən çox yayılmış sivil üsullardan biridir. Bu gün Azərbaycanda idmanın inkişafı bütün digər sahələrdə olduğu kimi, yüksək dinamika ilə davam edir. Ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə və birbaşa nəzarəti altında Azərbaycanın hər bir bölgəsində idman arenalarının, müasir olimpiya komplekslərinin inşa edilərək yeniyetmələrin, gənclərin ixtiyarına verilməsi ölkəmizdə böyük idmançı ordusunun formalaşmasını təmin edib. Paytaxtda və bölgələrdə olan idman arenalarına yeniyetmələrin axını da bunun əyani sübutudur”, - deyə Fərhad Acalov fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
01-11-2024