Mobil versiya
Eltun Süleymanov: “Azərbaycanın legitim maraqların müdafiəsi mövqeyi dəyişməz olara qalır”
Tarix: 06-03-2023 | Saat: 10:52
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-9 | çapa göndər

Eltun Süleymanov: “Azərbaycanın legitim maraqların müdafiəsi mövqeyi dəyişməz olara qalır”

Martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə “BMT Baş Assambleyasından sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatı müxtəlif regionları əhatə edərək fərqli tarixi, siyasi və mədəni mənsubiyyətə malik 120 ölkəni birləşdirməklə, multilateralizmin həqiqi nümunəsi hesab edilir”, - deyən Azərbaycan Prezidenti bildirdi ki, suverenlik və ərazi bütövlüyünə hörmət, təcavüz aktlarından çəkinmə, başqalarının daxili işlərinə qarışmama kimi prinsipləri özündə ehtiva edən tarixi Bandunq prinsipləri Qoşulmama Hərəkatının təməlində dayanır. Bu prinsiplər müasir beynəlxalq münasibətlərdə aktual və vacib olaraq qalır. Sülhün, təhlükəsizliyin, beynəlxalq hüququn və ədalətin gücləndirilməsinə töhfə vermək üçün Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatı ailəsinə daxil olmaq qərarına gəldi. Qısa müddət ərzində Azərbaycan Hərəkatın üzvləri arasında böyük etimad və hörmət qazandı, 2016-cı ildə Qoşulmama Hərəkatının liderlərinin yekdil qərarı ilə Azərbaycan 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatının sədri seçilmiş, sədrlik müddəti başa çatdıqdan sonra sədrliyin müddəti yekdilliklə bir il daha uzadılmışdır.
Bu ilk növbədə onun göstəricidir ki, Azərbaycan dövlət kimi öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir. Ölkə başçısının genişspektrli siyasəti Hərəkata üzv ölkələr tərəfindən qəbul və təqdir edilir. Cənab İlham Əliyevin hadisələrə çevik reaksiyası, haqlı mövqeni müdafiə etməsi, hər cür millətçiliyə qarşı mübarizədə ardıcıl siyasət yürürtməsi məmnunluqla qarşılanır.

Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.


Müsahibimiz qeyd edib ki, cənab Prezidentin martın 2-də Qoşulmama m Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündəki çıxışı bir daha göstərdii, Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır. Dünyada tüğyan edən pandemiyanın qarşısının alınmasında maliyyə dəstəyini, mənəvi dəstəyini əsirgəməyən, “peyvənd millətçiliyinə” qarşı səsini ucaldan Azərbaycan eyni mövqedə qalır. Dövlətimizin başçısı ilk növbədə xalqımızın mənəvi dəyərlərindən çıxış edərək bunun bir insanlıq dərsi olduğunu dünya güclərinin diqqətinə çatdırmış oldu.
2020-ci ildə Hərəkatın Zirvə toplantısında pandemiya ilə əlaqədar BMT-nin xüsusi sessiyasının çağırılması təklifi ilə çıxış edən ölkə başçısı Qoşulmama Hərəkatının sədri kimi çox mühüm bir məsləyə diqqəti yönəldə və güclərin birləşdirilməsinə nail ola bildi. Cənab Prezidentin çıxışında qeyd etdiyi “Biz bəzi varlı ölkələrin həyata keçirdiyi “peyvənd millətçiliyi”ni xüsusilə pandemiya ilə mübarizədə ciddi maneə kimi qiymətləndirdik. Nəticədə Qoşulmama Hərəkatı bütün ölkələrin peyvəndlərdən ədalətli və vahid şəkildə istifadəsini təmin etmək üçün 2021-ci ildə BMT-nin İnsan Hüquqları Şurasında və BMT Baş Assambleyasında qəbul edilmiş iki qətnamənin təşəbbüskarı oldu.
Qoşulmama Hərəkatının pandemiya ilə mübarizə üçün qlobal səylərin səfərbər edilməsində liderliyi Hərəkatın nüfuzunu və məsuliyyətini bir daha nümayiş etdirdi”-fikri bunu bir daha sübut edir.”

Eltun Süleymanov əlavə edərək bildirmişdir ki. “bu gün dünyada gedən mürəkkəb proseslərə cənab İlham Əliyevin verdiyi qiymət diqqətəlayiqdir. Siyasi uzaqgörənlik, dünyanı düşündürən problemlərin həllinə yönəlik fikirlər hamı tərəfindən qəbul edilir. Belə ki, soyuq müharibədən sonra baş verən proseslər onu göstərir ki. bəşəriyyətin təhlükəsizliyi üçün ilk növbədə beynəlxalq öhdəliklər yerinə yetirilməli, xalqların suveren və legitim hüquqları tanınmalı və hörmət edilməlidir. Fransa kimi müstəmləkəçilik siyasəti yeridib özünə sərf edəndə suveren hüquqlardan dəm vurmaqla təhlükəsizliyi möhkəmləndirmək qeyri-mümkündür. Bunu konkret olaraq söyləyən cənab Preizdent demişdir: “Qoşulmama Hərəkatı Qəmər Adaları İttifaqının Fransanın müstəmləkə hakimiyyəti altında qalmaqda davam edən Mayot adası üzərində şəksiz suverenliyini həmişə güclü dəstəkləmişdir. Qoşulmama Hərəkatının təməl sənədlərində əks olunduğu kimi, biz Fransa hökumətini Yeni Kaledoniya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağırırıq. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Biz, həmçinin Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq.”
Müsahibimiz sonda qeyd etmişdir ki, “bu günün reallıqları göstərir ki, dünya düzəni dəyişib. Artıq Azərbaycan da 30 il bundan əvvəlki Azərbaycan deyil. Onun sözü və əməli üst-üstə düşən, fəaliyyətində geniş siyasi spektrə malik rəhbəri var. Biz hər cür millətçiliyə, müstəmləkəçiliyin hər növ təzahürünə qarşıyıq. Hədəflərimiz bəllidir. Dünyada sülh, əmin-amanlıq, ədalət və hüquq əsas şərt olmalıdır. Cənab Prezident İlham Əliyevin dediyi kimi: “Sonda isə sizi əmin etmək istəyirəm ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi Qoşulmama Hərəkatına üzv dövlətlərin legitim maraqlarının müdafiəsi və Hərəkatın beynəlxalq arenada mövqeyinin güclənməsi üzrə səylərini əsirgəməyəcəkdir.”



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024