Mobil versiya
Eltun Süleymanov: “Ermənistan və onun havadarları gec-tez reallıqları qəbul etmək zorunda qalacaqlar”
Tarix: 20-02-2023 | Saat: 15:26
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-9 | çapa göndər

Eltun Süleymanov: “Ermənistan və onun havadarları gec-tez reallıqları qəbul etmək zorunda qalacaqlar”

“Münxen Təhlükəsizlik Konfransında "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda panel müzakirələr bir daha göstərdi ki, Cənubi Qafqazda sülh və sabitlik yeni reallıqların dərk və qəbul edilməsindən asılıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu reallıqların nə olduğunu da göstərdi. Moderatorun Nikol Paşinyana xüsusi imkan yaratmasına baxmayaraq ölkə başçısı onun cəfəng iddialarına tutarlı cavablar verməklə, Paşinyanı da, havadarlarını da susmağa məcbur etdi. Prezidentin çıxışından çıxan nəticə göstərdi ki. Azərbaycan rəhbərliyi praqmatik düşüncə ilə hərəkət edir və öz siyasi xəttinə sadiqdir. Bu sadiqlik ilk növbədə ölkəmizin ərazi bütövlüyünə, suveren hüquqlarımıza əsaslanır və belə də davam edəcəkdir. Azərbaycan hər hansı formada öz daxili məsələlərinə kənar qüvvələrin qarışmasına və müdaxiəsinə imkan verməyəcəkdir.
Rusiya-Ukrayna müharibəsinin həm enerji təhlükəsizliyi, həm də logistika imkanlarını hədələdiyi bir zamanda Azərbaycanın bu problemlərin həllində yeni imkanlar və resurslarla çıxış etməsinə diqqət çəkən cənab Prezident Azərbaycanın hər bir halda problemsiz və sabit dünya tərəfdarı olduğunu bir daha vurğulamış oldu. Asiyadan Avropaya daşınan yüklərin maneəsiz çatdırılmasında mühüm rol oynayan Azərbaycanın belə bir mövqeyi ilk növbədə Avropanın özünə lazımdır.”

Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Müsahibimiz qeyd edib ki, “Paşinyanın əsassız arqumentləri göstərdi ki, köhnə havaya oynamaqdan başqa çarəsi qalmayıb. Çünki bir tərəfdən iqtisadi məngənədə boğulub bütün layihələrdən kənarda qalmaq, digər tərəfdən müxtəlif qüvvələrin əlində oyuncağa çevrilmək həqiqətən də Ermənistanı pis vəziyyətdə qoymuşdur. Paşinyanın səsləndirdiyi fikirləri öz məntiqli arqumentləri ilə heçə çıxaran cənab Prezident ilk növbədə beynəlxalq hüquqa hörmət etməyin vacibliyini vurğuladı və indi baş verən müharibənin səbəbkarlarının əslində sülhdən dəm vuranların olduğunu göstərdi. Vaxtında işğalçıya dur deməyən, sanksiya tətbiq etməyən Avropa və Qərb dünyası tarixi unutmuş kimi davransalar da Azərbaycan Prezidenti onlara bunu çox gözəl xatırlatdı: “Ermənistan 27 il ərzində Azərbaycan ərazisinin 20 faizini işğal altında saxladı, beynəlxalq hüququ pozdu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmədi və ona qarşı heç bir sanksiya tətbiq olunmadı. Biz hər zaman müharibənin qarşısını almaq üçün Ermənistana qarşı sanksiyaların tətbiq olunmasını istəyirdik. Biz Minsk qrupunun nəticə əldə etməsini gözləyirdik, BMT Təhlükəsizlik Şurasının öz qətnamələrinə hörmət etmələrini gözləyirdik. Lakin biz heç bir hərəkətin olmadığını gördük və ümumi fikir bundan ibarət idi ki, bu münaqişə dondurulmuşdur. Beləliklə, biz onun dondurulmadığını sübut etdik. Biz ləyaqətimizi, ərazi bütövlüyümüzü və ədaləti bərpa etmək, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmək üçün döyüşməli, 3 min həyatı qurban verməli olduq.”

Müsahibimiz əlavə olaraq bildirib ki, “erməni llderdən fərqli olaraq Azərbaycanın rəhbəri konkret məsələlərə toxunmaqla əslində kimin sülh, kimin isə müharibə tərəfdarı olduğunu göstərdi. Cənubi Qafqazı stabil bir region kimi görmək istəyi, inkişaf və tərəqqi naminə əməkdaşlıq təklif edən Azərbaycanla qonşulara qarşı ərzi iddiasından başqa heç bir fəaliyyəti olmayan Ermənistanın mövqeyi gün kimi aydındır.
Lakin təəssüf ki, hələ də Minsk qrupu adlı tullanatı su bulandırmaqda davam edir. Bu qrupun üzvü olan Fransa açıq-aşkar ermənipərəst mövqeyi ilə seçildiyindən onun danışıqlarda iştirakı arzuolunan deyil və bu fikri də cənab prezident əsaslı şəkildə konfrans iştirakçılarına çatdırdı.”

E. Süleymanov bildirdi ki, “dünya dəyişir, yeni reallıqlar yeni yanaşmalar tələb edir. “Ona görə də Ermənistan bu reallıqlarla barışmalıdır. Cənab İlham Əliyevin həyata keçirdiyi siyasət ancaq və ancaq bu reallıqlara söykənir və məqsəd də regionda sülhün bərpa olunmasıdır. Təbiidir ki, bunu ermənilər də Qərb də yaxşı anlayır. Lakin Rusiyanı regiondan çıxarmağa cəhd müəyyən mənada onları manipulyativ hərəkətlərə sövq edir.
Cənab İlham Əliyev Laçın yolundakı aksiyanı blokada adlandıran Paşinyanın bu arqumentinin də puç və mənasız olduğunu konkret misallarla sübut etdi və Qarabağda yaşayan erməni əhalinin Azərbaycan vətəndaşı olduqlarını qeyd edərək bunu qəbul edənlər üçün heç bir problemin olmadığını bildirdi. Cənab Prezidentin: “Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, azlıqdır. Azərbaycan çoxmillətli ölkədir və Azərbaycanda bütün azlıqlar mədəniyyət, dil, həmçinin təhlükəsizlik də daxil olmaqla, eyni hüquq və üstünlüklərdən faydalanırlar. Biz Qarabağdakı erməni icmasının nümayəndələri ilə praktiki təmaslara başlamağa hazırıq. Bu gün Dövlət katibi Blinkenin qarşısında mən Ermənistandan olan həmkarıma bu barədə dedim. Lakin biz bunu o zaman edə bilərik ki, Rusiya vətəndaşı, cinayətkar oliqarx, Avropada çirkli pulların yuyulmasında əli olan şəxs - Vardanyan bizim ərazimizi tərk etsin” -fikri qarşısında susmaqdan başqa çarəsi qalmayan Paşinyan ona yaradılmış xüsusi imkandan belə yararlana bilmədi. Çünki verəsi cavabı olmadı. Çünki cənab İlham Əliyevin məntiqi qarşısında az qala Ermənistan əhalisinin yarısını müsəlman edəcək səviyyədə gülünc fikirdən başqa heç bir sözü yox idi.”
“Maraqlı burasıdır ki, Paşinyan da yeni reallıqlardan danışdı. Amma onların hansı reallığı məlum olmadı. Çünki Paşinyan kapitulyasiya aktına imza atdığı andan reallıqların başladığını dərk eləmir. Amma bu Ermənistana onların düşündüyünü əldə etmək imkanı verməyəcəkdir. Azərbaycanın Müzəffər Ali Baş Komandanı İlham Əliyev onlara bu şansı tanımayacaqdır. Gec-tez Ermənistan da, onun havadarları da yeni reallıqları qəbul edib sülh sazişini imzalamağa məcbur olacaqlar” deyə müsahibimiz fikrini yekunlaşdırmışdır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-05-2024