Mobil versiya
Rövnəq Abdullayev Rusiyaya gedir
Tarix: 28-08-2015 | Saat: 18:05
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər


SOCAR prezidenti forumda iştirak edəcək.

Sentyabrın 15-də Sankt-Peterburqda RAO/CIS Offshore - şelfin mənimsənilməsi üzrə məşhur milli forum start götürür. Tədbir Arktikanın mənimsənilməsi üzrə əsas hadisə hesab edilir. Forum Rusiya Hökumətinin dəstəyi ilə keçirilir.

aia.az “Moskva-Baku” informasiya resursuna istinadən xəbər verir ki, proqramda 2 plenar iclas və 10 dəyirmi masa var. Konfransın qonaqları 250-dən çox məruzə dinləyəcəklər.

Tədbirə Rusiya hökumətinin sədrinin müavini Arkadi Dvorkoviç, energetika naziri Aleksandr Novak, təbii sərvətlər və ekologiya naziri Sergey Donskoy, SOCAR prezidenti Rövnəq Abdullayev və s. kimi yüksək vəzifəli qonaqların gələcəyi gözlənilir.

Ənənəvi olaraq, Arktik ərazilərin texnoloji mənimsənilməsi, gəmiqayırma və dəniz kompleks qurğularının işlənməsi, karbohidrogen xammalın nəqli, atom enerjisi və ekoloji-sənaye təhlükəsizliyi sahəsində nailiyyətlər sərgilənəcək.

220-dən çox şirkət Sərgi ekspozisiyalarını təqdim edəcək. Azərbaycan, Norveç, Almaniya, Finlandiya, Fransa, Çin, Sinqapur və d. ölkələrin işitrakı təsdiq edilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə