Mobil versiya
Eltun Süleymanov: "Qərb Azərbaycanı özünün enerji təhlükəsizliyinin əsas təminatçılarından biri kimi qəbul edir"
Tarix: 14-02-2023 | Saat: 13:15
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-9 | çapa göndər

Eltun Süleymanov: "Qərb  Azərbaycanı özünün enerji təhlükəsizliyinin əsas təminatçılarından biri kimi qəbul edir"

“Azərbaycan Respublikası Cənubi Qafqazın yeganə ölkəsidir ki, zəngin karbohidrogen ehtiyatlarına, inkişaf etmiş yanacaq-energetika infrastrukturuna və özünü tam təmin edən enerji sisteminə malikdir. Ölkənin təkcə milli və regional səviyyədə deyil, həm də dünya enerji sistemində getdikcə həlledici bir vəsiləyə çevrilməsi, transmilli enerji bazarlarında özünəməxsus yer tutması və Avropanın enerji təhlükəsizliyində fəal iştirakı onun regional və planetar geosiyasi, geoiqtisadi mövqeyinin möhkəmlənməsinə xüsusi təsir göstərməkdədir.Xüsusən son illərdə həyata keçirilən nəhəng layihələr Azərbaycanı Avropada xüsusi bir mövqeyə çıxarmışdır. Avropa ölkələri öz enerji təhlükəsizliyində ilk növbədə Azərbyacanla əlaqələrə üstünlük verir, ölkəmizi etibarlı tərəfdaş kimi tanıyırlar.
Son dövrlərdə paytaxt Bakı enerji sahəsinə həsr edilmiş bir sıra mühüm görüşlərə ev sahibliyi etmişdir. Fevralın 13-də “Gülüstan” sarayında keçirilən tədbir də belə bir əhəmiyyətə malikdir. Müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində ölkə başçısı cənab İlham Əliyev iştirak və çıxış etmişdir.
Beləliklə, Azərbaycan öz enerji sahəsində daha böyük layihələrə imza atmaqla həyata keçirdiyi enerji siyasətinin həm ölkə üçün, həm də dünya üçün əhəmiyyətini bir daha təsdiq etmiş oldu.”


Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

“Müsahibimiz qeyd etmişdir ki, bu gün Azərbaycan enerji sahəsində çox böyük nailiyyətlər qazanmışdır. Həm ənənəvi, həm də bərpaolunan resurslar hesabına elektrik enerjisinin istehsalı ölkəmizi enerji ixrac edən ölkəyə çevirmişdir. İşğaldan azad olunan ərazilərdə cəmi iki il müddətində qurulan SES-lər, Şərqi Zəngəzurun təbii iqlim şəraitindən istifadə edilməklə yaradılan enerji mərkəzləri bunu deməyə əsas verir ki, Azərbaycan yaxın dövrdə Avropa bazarı üçün ən mühüm enerji mərkəzlərindən birinə çevriləcəkdir. Mingəçevirdə tikilən İES-in təməlqoyma mərasimi bu sahədə görülən işlərin, həyata keçirilən layihələrin nə qədər önəmli olduğunu bir daha göstərmiş oldu. Ölkə başçısı bu sahədə görülmüş və görülməsi nəzərdə tutulan işlərin tam miqyasını xarakterizə edən çıxışında bunu bir daha qeyd etdi:” Mingəçeviri nəinki Azərbaycanın, ümumiyyətlə, Qafqazın enerji mərkəzinə çevirən Ulu Öndər Heydər Əliyev olmuşdur. Onun rəhbərliyi və təşəbbüsü ilə ötən əsrin 70-ci illərində - daha doğrusu, 1976-cı ildə Mingəçevirdə böyük elektrik stansiyasının təməli qoyulmuşdur. Böyük stansiyanın birinci blokunun 1981-ci ildə Heydər Əliyevin şəxsən iştirakı ilə açılışı olmuşdur. İndi isə Mingəçevir şəhərinin Azərbaycanın və nəinki Azərbaycanın, bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır, təxminən 1300 meqavat gücündə olan stansiya əlbəttə ki, bizim potensialımızı böyük dərəcədə gücləndirəcək. Bu, Azərbaycanın enerji təhlükəsizliyinə verilən növbəti töhfə olacaq, yüzlərlə yeni iş yerləri yaranacaq və beləliklə, Azərbaycan öz imkanlarından tam istifadə edərək həm daxili tələbatı ödəyəcək, eyni zamanda, həm elektroenergetika, həm də təbii qaz sahəsində daha böyük addımlar atacaq. Çünki yeni tikiləcək stansiyada şərti yanacağın sərfiyyatı kifayət qədər aşağıdır və bu, imkan verəcək ki, ildə təqribən 800 milyon kubmetr və ya 1 milyard kubmetr qaza qənaət edilsin. Bu gün Avropa məkanında Azərbaycan qazına böyük tələbat olduğu üçün bu, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaqdır.”

E. Sülemanov bildirmişdir ki “İtaliya və Çin şirkətlərinin ölkəmizlə enerji sahəsində əməkdaşlığı da çox mühüm əhəmiyyət kəsb edir. Artıq İtaliya ilə bu sahədə əməkdaşlığımız strateji tərəfdaşlıq səviyyəsinə yükəsləmişdir. Cənab Prezidentin çıxışında qeyd etdiyi “Bildirməliyəm ki, bu stansiyanı biz xarici tərəfdaşlarla birlikdə inşa edəcəyik. Bugünkü mərasimdə İtaliyanın şirkətlər və “Made in Italy” naziri iştirak edir. Mən hörmətli qonağı səmimiyyətlə salamlayıram. Eyni zamanda, Çinin bir şirkəti bu stansiyanın tikintisində iştirak edəcək. Yəni, biz bu işi xarici əməkdaşlıq çərçivəsində görəcəyik. Əlbəttə ki, “Azərenerji” ilə İtaliyanın “Ansaldo” şirkəti arasındakı əlaqələr burada həlledici rol oynayır. Bildirməliyəm ki, “Azərenerji” ilə “Ansaldo” arasında müqavilələr İkinci Qarabağ müharibəsi başa çatandan dərhal sonra imzalanmışdır. Azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda bu gün böyük quruculuq-bərpa işləri getdiyi bir dövrdə, ilk növbədə, o bölgənin enerji potensialı araşdırılır və bu istiqamətdə də “Ansaldo” və “Azərenerji” tərəfdaşlıq çərçivəsində fəaliyyət göstərirlər” fikri bunun sübutudur.
İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Urso çıxışında “İtaliya Azərbaycanın birinci ticari tərəfdaşıdır və Azərbaycan İtaliyanın əsas enerji təchizatçılarından biridir” söyləməklə bu gün Azərbaycanın Avropa üçün nə qədər əhəmiyyətə malik olduğunu vurğulamışdır. “

Eltun Süleymanov sonda bildirmişdir ki, bir vətəndaş kimi hər bir azərbaycanlı bu gün fəxr edə bilər. Vaxtilə, müstəqilliyin ilk illərində enerji böhranı yaşayırdıq. İşıqlar tez-tez sönür, güclü yüklənmə nəticəsində avadanlıqlar sıradan çıxırdı. Bu gün isə biz enerji tələbatımızı tam ödəməklə yanaşı, xaricə enerji satırıq. Özü də enerjinin müxtəlif növlərini; karbohidrogen məhsullarından tutmuş “yaşıl enerji”yə qədər. Bütün bunlar dövlətimizin başçısı cənab İlham Əliyevin uğurla həyata keçirdiyi enerji siyasətinin nəticəsidir. Bu siyasət Azərbaycanın Avropada və dünyada mövqeyini gücləndirməklə yanaşı, enerji təhlükəsizliyi sahəsində oynadığı rolun əhəmiyyətini də artırır. Təbiidir ki, bu siyasət qarşlıqlı əmkdaşlığa, sülhə və barışa əsaslandığından hamı tərəfindən təqdir edilir.
Məhz bunun nəticəsidir ki, Qərb Azərbaycanı özünün enerji təhlükəsizliyinin əsas təminatçılarından biri kimi qəbul edir. Bu da Avropa İttifaqı - Azərbaycan əlaqələrini strateji səviyyəyə yüksəlməsində mühüm rol oynayır.”



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-12-2024