Mobil versiya
Müdafiə Nazirliyinin bazasından Türkiyəyə növbəti yardım göndərilib
Tarix: 13-02-2023 | Saat: 18:00
Bölmə:Gündəm | çapa göndər

Müdafiə Nazirliyinin bazasından Türkiyəyə növbəti yardım göndərilib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə həyata keçirilən yardım tədbirləri davam edir.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin təminat bazasından qardaş ölkəyə qış səhra çadırları, adyallar, çarpayılar, yataq kisələri, qızdırıcılar, elektrik generatorları və digər zəruri əşyalardan ibarət növbəti yardım yük avtomobilləri ilə qardaş ölkəyə göndərilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə