Mobil versiya
Xalqımız “Bir millət-iki dövlət” devizi ilə bir daha həmrəylik nümayiş etdirir…
Tarix: 11-02-2023 | Saat: 12:37
Bölmə:Gündəm | çapa göndər

Xalqımız “Bir millət-iki dövlət” devizi ilə bir daha həmrəylik nümayiş etdirir…

Tarix boyu Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri mövcud olub. Hər iki xalqlar istər xoş günlərdə, istərsə də çətin vaxtlarda birlik nümayiş etdirib, bir-birinin sevincini və kədərini bölüşüb. Dövlətlərimiz və xalqlarımız aralarındakı doğma münasibətləri bütün məqamlarda bəlli ediblər. Dövlətlərimizin və xalqlarımızın bir-birini dəstəklədiyi belə məqamlar saysız-hesabsızdır və onları sadalamaqla bitməz. Bu məqamlardan biridə 6 fevral tarixində Türkiyədə baş vermiş dəhşətli zəlzələ zamanı Azərbaycan xalqının qardaşlarına nümayiş etdirdiyi həmrəyliyi daxildir.
Zəlzələ ilə bağlı Türkiyəyə ilk və ən böyük dəstəyi göstərən ölkə məhz Azərbaycandır. “Prezident İlham Əliyev zəlzələnin baş verdiyi gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək qardaş ölkədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbərin Azərbaycanı çox sarsıtdığını və kədərləndirdiyini deyib. Prezident İlham Əliyev zəlzələ zamanı həlak olanlarla bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana, onların ailələrinə və qardaş Türkiyə xalqına şəxsən öz adından və xalqımız adından başsağlığı çatdırıb, yaralananların tezliklə şəfa tapmasını diləyib. Eyni zamanda fevralın 8-də Prezident İlham Əliyev Türkiyənin ölkəmizdəki səfirliyində olub, qardaş ölkədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib. Dövlətimizin başçısı Azərbaycanın hər zaman olduğu kimi, zəlzələdən sonra ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında olduğunu vurğulayıb: “Azərbaycan öz dəstəyini, öz həmrəyliyini həmişə olduğu kimi nümayiş etdirir. Əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf bilirik”. Dövlət başçısının dediyi kimi, Azərbaycan sona qədər öz dəstəyini göstərəcək. Ölkəmizdən davamlı olaraq zəlzələ zonasına həkimlər, xilasedicilər, könüllülər göndərilir və göndəriləcək”.
Dövlət başçımızın tapşırığına uyğun olaraq 1000 nəfərə yaxın xılasedici heyət qardaş Türkiyəyə göndərilib və hadisə yerinə çatan kimi Türkiyədən olan həmkarları ilə birlikdə dərhal fəaliyyətə başlayıblar. Eyni zamanda, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu tərəfindən də qardaş ölkəyə böyük dəstək göstərilir. Bütün dövlət qurumlarımız və özəl sektorlarımız səfərbər olub. Qardaş ölkəyə yardımlarda sadə vətəndaşlarımızın da fəal iştirakı qürurvericidir. İlk gündən “Qardaş Türkiyə yanındayıq” çağırışı həmrəyliyimizin təntənəsi oldu. Bu gün Azərbaycan xalqının könüllü olaraq qardaş ölkəyə yardımlar göstərməsi fonunda bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası, dövlət rəsmiləri deyil, sadə vətəndaşlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur”.
Əsl dost, əsl qardaş çətin gündə bilinər.
Allahdan Türkiyədə zəlzələ nəticəsində həlak olan qardaş-bacılarımıza rəhmət diləyirəm.

Rizvan Kamil oğlu Mahmudov
Azərbaycan Dövlət Pedaqoji Universiteti



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-01-2025