Mobil versiya
Heydər Əliyev Fondu Türkiyəyə yenə yardım yollayacaq
Tarix: 09-02-2023 | Saat: 09:07
Bölmə:Gündəm | çapa göndər

Heydər Əliyev Fondu Türkiyəyə yenə yardım yollayacaq

“Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişi ilə Türkiyəyə çatdırılan yardım ilkin mərhələdə edilmiş yardımdır”.

aia.az xəbər verir ki, bu fikirləri Türkiyəyə ezam edilən Heydər Əliyev Fondunun nümayəndəsi Elvin Hüseynov bildirib.

Elvin Hüseynov deyib ki, Heydər Əliyev Fondunun regional inkişaf ictimai birliyi Mehriban xanım Əliyevanın göstərişinə əsaslanaraq Azərbaycanın Türkiyədəki səfirliyinin vətəndaşlarımıza etdiyi çağırışa cavab olaraq Bakı şəhərində yardım kampaniyasına start verilib: “Belə ki, 8-14 fevral tarixlərində Türkiyənin zəlzələ baş vermiş regionları üçün ehtiyac duyulan ləvazimatlar toplanacaq və bu ləvazimatlar ən qısa müddətdə komplektləşdirilərək Türkiyəyə yola salınacaq”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-07-2025