Mobil versiya
BMT azad olunan ərazilərin bərpasında Azərbaycana dəstək verməyə hazırdır
Tarix: 07-02-2023 | Saat: 15:11
Bölmə:Gündəm | çapa göndər

BMT azad olunan ərazilərin bərpasında Azərbaycana dəstək verməyə hazırdır

“Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) hökumətin prioritetlərinə uyğun olaraq münaqişədən zərər çəkmiş ərazilərdə bərpa və yenidənqurma ehtiyaclarını həll etmək üçün hökumətə öz dəstəyini göstərməyə hazırdır”.

“Report” xəbər verir ki, bunu BMT-nin İnkişaf Proqramının Rezident Nümayəndəsi səlahiyyətlərini icra edən Nuno Queiros fevralın 7-də Şuşada BMTİP və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) birgə təşkilatçılığı ilə keçirilən konfransda deyib.

“Dayanıqlı iqtisadi artım, keyfiyyətli ictimai və sosial xidmətlərin göstərilməsi, ətraf mühitin mühafizəsi və yaşıl transformasiyanın təmin edilməsində təcrübəmizə arxalana bilərsiniz”, - o qeyd edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-01-2025