Mobil versiya
Kirpinin qış yuxusu
Tarix: 28-06-2016 | Saat: 15:33
Bölmə:Seçilənlər-6 | çapa göndər

Kirpinin qış yuxusu

Hə, əziz uşaqlar, yerinizi rahatlayın, diqqətlə qulaq asın. Növbəti nağılımı sizə danışmaq istəyirəm.

Biri vardı,biri yoxdu. Çox-çox qədim zamanlarda , meşənin ortasında, talada iki oxlu boz kirpi vardı. Kirpilər baş-başa verib bu qərib meşədə, öz yuvalarında mehriban qonşular olaraq yaşayardılar. Beləcə aylar, illər ötərdi...

Yenə də payızın son günləri idi. Kirpilər yaxşı bilirdilər ki, payızdan sonra yenə də sərt qış gəlir. Ona görə də gecikmədən qışa hazırlaşmaq vaxtıdır.

Kirpilərdən biri əvvəlcə quru yarpaqlardan daşıyıb yuvasını yaxşıca döşədi. Sonra harada gözünə alma,göbələk dəydisə tikanlarına batırıb yuvasına gətirdi. O qədər qış ehtiyatı gördü ki, bərk yoruldu. Yarpaqların üzərində uzanıb xəyallara daldı... Düşündü ki, qoy qış nə qədər sərt keçir keçsin. Azuqəsi düz yaza qədər rahat yetər,hələ artıq da qalar. Elə bu zaman yadına düşdü ki,qonşusu gözünə dəymir. Adətən qış tədarükünü qonşusu boz oxlu kirpi ilə birgə yığardı.

” Görəsən niyə qonşusu gözə dəymir? Bəlkə çoxdan qış yuxusuna gedib? Sabah erkəndən gedim ona baş çəkim ”- deyə düşündü.

Kirpi yarpaqların üstündə şirin-şirin yuxuya getdi...

Səhərin günəşi onu yuxusundan güclə oyatdı. Gözlərini ovaraq birtəhər açdı.

Qışa hazırladığı göbələklərdən birini yedi. Sonra gedib qonşusunun qapısını döydü. Açan olmadı. Birtəhər qapının arasından sürüşüb yuvaya girdi. Nə görsə yaxşıdır? Qonşusu ağır xəstədir. Heç ayaqüstə dura bilmir ,nəinki özünə qış tədarükü görə? Kirpi çox pis oldu. İndiyə kimi qonşusundan hal-əhval tutmadığına görə xəcalət çəkdi.

Yuvasına qayıtdı. Qışa hazırladığı yeməklərdən qonşusunun otağına daşımağa başladı. O qədər daşıdı ki, arxayın oldu ki, boz oxlu kirpinin qış yeməyi doyunca çatacaq. Ürəyində bir rahatlıq duydu. Boz oxlu kirpi dostuna çox razılıq etdi.

Sonra kirpi rahatca öz yuasına qayıtdı.

Artıq havalar çox soyumuşdu. Qış qapını kəsmişdi. Kirpi qapı-bacasını bağladı və rahat-rahat yuxuya getdi. Yəqin o, bu qış başqa qışlardan daha çox rahat yatacaqdı.

Hə, əziz uşaqlar, siz də dostlarınıza qarşı mehriban olun. Paylaşmağı bacarın. Axı yaxşılıq edəndə bir qarşındakına deyil,özünə də cevinc payı düşür.

Sağ olun uşaqlar. Əgər nağıl xoşunuza gəldisə mütləq mənə yazın, gözləyirəm.

Yeni nağıllarda görüşənədək.

Şəcahan Ramazanova

S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın müəllimi





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024