AZƏRBAYCAN-RUMİNİYA MÜNASİBƏTLƏRİ DİNAMİK SÜRƏTLƏ İNKİŞAF EDİR
Tarix: 06-02-2023 | Saat: 14:36
Bölmə:Özəl | çapa göndər
Zəngin mədəniyyətə və tarixə malik olan Rumıniya Avropanın tarixində olduğu kimi, dünya siyasətində də özünəməxsus rol oynayır. Bir sıra qlobal iqtisadi layihələrin iştirakçısı olan bu ölkə eyni zamanda Şərq-Qərb əlaqələrinin daha da inkişaf etdirilməsi lehinə çıxış edir.
Geosiyasi cəhətdən əlverişli mövqedə yerləşən Rumıniya bu gün həm regionun, həm də Avrasiyanın strateji əhəmiyyətli bir dövlətinə çevrilmişdir. Təsadüfi deyil ki, Rumıniya hazırda bir sıra regional və beynəlxalq qurumların fəal iştirakçısıdır. Bunu rəsmi Buxarestin Avropa İttifaqı və NATO kimi təşkilatlarda özünəməxsus söz sahibi olmasından da görmək olar.
Beynəlxalq iqtisadi əməkdaşlıq sahəsində Rumıniya həmçinin iqtisadi artımın təmin edilməsi və Avropa əmək bazarının balanslaşdırılması, humanitar sahədə Aİ-yə üzv dövlətlərin qarşılıqlı münasibətlərinin möhkəmləndirilməsi, yaranmış problemlərin aradan qaldırılması, bütün Avropa sakinləri üçün insanların azad hərəkətləri daxil olmaqla əsas hüquq və azadlıqlara hörmətlə yanaşılması hallarına böyük önəm verir.
Bu gün Avropanın enerji təhlükəsizliyini Rumıniyasız təsəvvür etmək mümkün deyil. Buxarest eyni zamanda həm enerji mənbələrinin, həm də nəqliyyat marşrutlarının şaxələndirilməsi yolu ilə Aİ-nin enerji təhlükəsizliyinin təmin edilməsi və enerji infrastrukturlarının inkişafına yönəldilmiş proseslərdə əvvəlki kimi yenə də fəal iştirak edir.
Azərbaycan ilə qardaş Rumıniya arasında münasibətlərin əsası hələ Orta əsrlərdə qoyulmuşdur. Azərbaycan hökmdarı Həsən şahın dövründən başlayan bu əlaqələr Səfəvilərin hakimiyyəti illərində də davam etmişdir. Tarixin müxtəlif çağlarında inkişaf edən bu əlaqələr hər iki ölkənin müstəqilliyə qovuşmasından sonra keyfiyyətcə yeni mərhələyə yüksəldi. Təsadüfi deyil ki, Rumıniya Azərbaycanın dövlət müstəqilliyini 1991-ci il dekabrın 11-də rəsmi şəkildə tanımışdır. Belə ki, rəsmi Buxarest Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkə olmuşdur. İki ölkə arasında diplomatik əlaqələr isə 1992-ci il iyunun 19-da qurulmuşdur.
2003-cü ilin oktyabrında İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra Rumıniya ilə əlaqələr uğurla inkişaf etdirildi. 2004-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev Rumıniyaya rəsmi səfər etdi. Görüşlər zamanı Azərbaycan ilə Rumıniya arasında ikitərəfli əlaqələrin perspektivləri, regional əməkdaşlıq, beynəlxalq məsələlər ətrafında geniş müzakirələr aparıldı. Səfər zamanı iki ölkə arasında 11 sənəd imzalandı. 2009-cu il sentyabrın 28-də Buxarestdə iki ölkə prezidentləri tərəfindən "Rumıniya ilə Azərbaycan arasında strateji tərəfdaşlığın qurulması haqqında Bəyannamə" imzalandı. Bu, Azərbaycanın Avropa Birliyinə üzv dövlət ilə bağladığı ilk strateji tərəfdaşlıq müqaviləsi idi.
Ötən dövrdə Azərbaycan və Rumıniya arasında ümumilikdə 61 sənəd imzalanıb, hazırda isə bir sıra əməkdaşlıq sənədlərin layihələri hazırlanır. Bu amil əməkdaşlıq üçün möhkəm hüquqi baza yaratmışdır.
Hazırda Rumıniya-Azərbaycan iqtisadi münasibətləri yüksələn xətt üzrə inkişaf etməkdədir. Belə ki, enerji, nəqliyyat, kənd təsərrüfatı, elm, təhsil, əmək və sosial müdafiə, səhiyyə, mədəniyyət, turizm və s. sahələrdə Azərbaycan-Rumıniya əməkdaşlığı ildən-ilə genişlənməkdədir. Müstəqilliyə qədəm qoyandan bəri Azərbaycan Avropanın enerji təhlükəsizliyində xüsusi rol oynayır. Enerji sahəsində davam edən əməkdaşlığın geniş perspektivləri olduğu hər iki tərəfə məlumdur. ARDNŞ Rumıniyada "SOCAR" brendi ilə fəaliyyət göstərən 16 yanacaqdoldurma məntəqəsi açmışdır.
Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
Heydər Əliyev məktəbinin davamçıları Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
31-10-2024