Mobil versiya
Azərbaycan Ağsaqqallar Şurasının Gənclər Günü münasibətilə təbriki
Tarix: 02-02-2023 | Saat: 14:39
Bölmə:Gündəm | çapa göndər

Azərbaycan Ağsaqqallar Şurasının Gənclər Günü münasibətilə təbriki

Azərbaycan Ağsaqqallar Şurası 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə gənclərimizi təbrik edib. Təbrikdə deyilir:

Əziz gənclərimiz!

2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir və hər birinizə ən səmimi arzularımızı çatdırırıq!

Ulu Öndər Heydər Əliyev gənclərimizin Vətənə, xalqa, elinə və obasına məhəbbət, azərbaycançılıq ənənələrinə və milli-mənəvi dəyərlərinə hörmət ruhunda yetişməsinə həmişə böyük diqqətlə yanaşmış və buna həyati əhəmiyyətli bir məsələ kimi baxmışdır. Təsdüfi deyil ki, 2 fevral 1997-ci ildə müstəqil Azərbaycan gənclərinin ilk forumu Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə keçirilmiş və həmin tarix “Azərbaycan Gəncləri Günü” elan edilmişdir. Həmin tarixdən etibarən hər il fevral ayının 2-si Azərbaycanda gənclərin bayramı kimi əlamətdar şəkildə qeyd olunur. Ümummilli Lider Heydər Əliyevin memarı və qurucusu olduğu müasir Azərbaycan dövlətində bu gün də gənclərə sağlam həyat tərzi, düzgün yaşam fəlsəfəsi təbliğ olunur, milli-mənəvi və bəşəri dəyərlərə sadiqlik prinsipi önə çəkilir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi dövründə ölkəmizdə mənəvi, fiziki cəhətdən sağlam, vətənpərvər, yüksək intellektli gənclər yetişib. Onlar təhsil, elm, mədəniyyət, idman və digər sahələrdə böyük uğurlar əldə edirlər. 44 günlük Vətən müharibəsində böyük şücaətlər, möhtəşəm qəhrəmanlıqlar göstərən Azərbaycan gəncləri bütün dünya gənclərinə əsl vətənpərvərlik örnəyi nümayiş etdirdilər.

Bu gün Azərbaycan ağsaqqalları da cəmiyyətimizin hər bir nümayəndəsinin, xüsusilə ilə də gənclərimizin maariflənməsi, cəmiyyət üçün layiqli vətəndaş kimi tərbiyə alması və daha parlaq gələcəyə malik olmaları üçün əllərindən gələni əsirgəmir, ölkəmizin müstəqilliyi və tərəqqisi uğrunda vətənpərvər mübarizlərin yetişməsində yaxından iştirak edir, gənclərimizin milli-mənəvi ruhda böyüməsində böyük rol oynayırlar. Unutmayaq ki, mənəvi saflığı, şərəfli və məhsuldar ömür yolu ilə seçilən ağsaqqallarımız cəmiyyətimiz, xüsusilə də gənclərimiz üçün əsl nümunə məktəbidir və onların qoruduğu, yaşatdığı və təbliğ etdiyi milli-mənəvi dəyərlərimiz gənclərin yolunu işıqlandıran ən böyük sərvətimizdir.

Əziz gənclərimiz!

Bir daha Sizi Gənclər Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, sonsuz xoşbəxtlik, tükənməz uğurlar arzulayır və fikrimizi Ulu Öndər Heydər Əliyevin sizlərə xitabən söylədiyi bu tarixi sözlərlə yekunlaşdırmaq istəyirik: ”Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə tapşıracağıq. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətini yaşatmaq, inkişaf etdirmək üçün hazır olun!”

Hörmətlə,
Azərbaycan Ağsaqqallar Şurasının
üzvləri adından Şuranın sədri,
millət vəkili, professor
Eldar QULİYEV




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024