Mobil versiya
Laçın-Xankəndi yolunda aksiya 53 gündür davam edir
Tarix: 02-02-2023 | Saat: 09:14
Bölmə:Manşet / Gündəm | çapa göndər

Laçın-Xankəndi yolunda aksiya 53 gündür davam edir

Azərbaycanlı eko-fəalların və ictimaiyyət nümayəndələrinin Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan etiraz aksiyası davam edir.

aia.az xəbər verir ki, bu gün aksiyadan 53 gün keçir.

İştirakçılardan aldığımız məlumata görə, havanın şaxtalı olmasına baxmayaraq, aksiya gecə saatlarında da davam edib. Adəti üzrə növbəti günə Azərbaycanın Dövlət Himnini səsləndirməklə başlayan aksiya iştirakçılarının tələbləri dəyişməz qalır.

Qeyd edək ki, iştirakçılar Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edirlər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024