Mobil versiya
Xəzər rayonunda "Heydər Əliyev və müasir Azərbaycan gəncliyi" mövzusunda tədbir keçirilib -Fotolar
Tarix: 01-02-2023 | Saat: 15:49
Bölmə:Özəl | çapa göndər

Xəzər rayonunda "Heydər Əliyev və müasir Azərbaycan gəncliyi" mövzusunda tədbir keçirilib

Xəzər rayonunda 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş "Heydər Əliyev və müasir Azərbaycan gəncliyi" mövzusunda tədbir keçirilib.

aia.az xəbər verir ki, fevralın 1-də Bakı Şəhər Xəzər Rayon İcra Hakimiyyəti, Xəzər Rayon Gənclər və İdman İdarəsi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinin birgə təşkilatçılığı ilə Xəzər Gənclər Evində 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş "Gənclər həftəsi" çərçivəsində DSX Xüsusi Məktəbinin gənc kursantlarının iştirakı ilə rayon tədbiri təşkil edilib.

Tədbirdə Xəzər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşı Çərkəz Tanrıverdiyev, Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, İdarənin baş məsləhətçisi Dilşad Nuriyeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinin rəis müavini, Polkovnik-leytenant Rəşad Salahov, İdarənin əməkdaşları Mayor Əli Məmmədov, Mayor Seymur Quliyev, DSX Xüsusi Məktəbinin rəisinin Şəxsi Heyət üzrə müavini Ülvi Heydərov, Məktəbin kursantları və fəal gənclər iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilmiş, Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra Xəzər rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Dilşad Nuriyeva çıxış edərək gəncləri təbrik etmiş, Ulu Öndər Heydər Əliyevin həyat yolundan bəhs etmiş və İdarənin 2022-ci il üzrə fəaliyyətinə dair məlumat vermişdir.

Daha sonra Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev və digər qonaqlar çıxış edərək 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə gəncləri təbrik etmiş və uğurlar arzu etmişlər. Həmçinin ölkədə aparılan uğurlu gənclər siyasəti ilə bağlı imzalanan fərman və sərəncamların yeniyetmələrin, gənclərin hərtərəfli inkişafı və qabiliyyətlərinin üzə çıxarılması üçün geniş imkanlar acıdığını bildirib. Tədbir gənclərin çıxışı ilə davam etmişdir.

Tədbirin sonunda Ümummilli Lider Heydər Əliyevin həyat yolundan bəhs edən filmə baxış keçirilib və tədbirdən xatirə şəkli çəkdirilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024