Eltun Süleymanov: “ İran məsuliyyətini dərk etməli və hədə qorxu siyasətindən əl çəkməlidir”
Tarix: 27-01-2023 | Saat: 17:02
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-9 | çapa göndər
“Bu gün səhər saatlarında Azərbaycan Respublikasının Tehrandakı Səfirliyinə qarşı törədilən hadisə birmənalı şəkildə terror hadisəsidir və buna görə İran dövləti məsuliyyət daşıyır. Çünki 1961-ci ildə qəbul edilmiş diplomatik əlaqələr haqqında Vyana Konvensiyasının diplomatik nümayəndəliklər, onların personları və diplomatik xidmətə cəlb olunmuş digər şəxslər xüsusi imtiyaza və immunitetə malik olması və qorunmasının təmin edilməsi tələbi kobud şəkildə pozulmuşdur.”
Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.
Müsahibimiz bildirib ki, “terror hadisəsi nəticəsində bir soydaşımızın şəhid edilməsi, daha iki nəfər əməkdaşın ağır yaralanması sübut edir ki, u hadisə qabaqcadan planlaşdırılmış terrordur. Təəssüf doğuran hal isə İran dövlətinin məntiqə sığmayan hərəkətidir. Baş verən hadisəyə görə məsuliyyətdən yayınmağa cəhd edən bu dövlət hadisəni məişət səviyyəsinə endirməklə dünya ictimaiyyətinin diqqətini azdırmağa çalışır. Molla rejimi Azərbaycanın həzm edə bilmədiyi nailiyyətləri terrorla dayandıəracağını ümid etməklə yanılır. Çünki bu qarşısıalınmaz bir prosesdir. Nə dini radikalları, nə də ekstremist terror qruplaşmalarını maliyyələşdirib belə hadisələr törətməklə İran heç nəyə nail ola bilməyəcəkdir. Dünya ictimaiyyəti hər şeyi görür və birmənalı qiymət verir. Tarixi Zəfərimizdən sonra İranın vurnuxması, Azərbaycana qarşı törədilən təxribat birinci hadisə deyildir ki, kimisə aldatmaq mümkün olsun.”
Eltun Süleymanov sonda qeyd edib ki, “İran bu məsələdə azca da olsa, səmimidirsə terrorçuları Azərbaycana təhvil verməli və onların mühakimə olunmasına şərait yaratmalıdır.
İran 1961ci ildə qəbul edilmiş Vyana Konvensiyasınaa qoşulduğu üçün diplomatik nümayəndəliyin təhlükəsizliyini qorumaq öhdəliyi daşıyır. Ancaq baş vermiş terror hadisəsi onu göstərir ki, artıq bu öhdəlik pozulub və rəsmi İran bu məsələyə qaneedici izahat verməlidir. Ancaq məsələ ondadır ki, bu hadisə təkcə iki ölkə arasında deyil, bütövlükdə regionda baş verən hadisələr kontekstində çox təhlükəli eskalasiyaların yaranmasına gətirib çıxara bilər. Ona görə də fars-molla rejimi əl atdıqları terrorun gələcəkdə baş verəcək baş verəcək hadisələrə səbəb olacağını dərk etməlidirlər.
Bu gün hər bir azərbaycanlı öz dövlətinin arxasındadır və bu, iranın istəyindən asılı olmayaraq belə də olacaqdır. Hər bir Azərbaycan vətəndaşı baş vermiş hadisəyə görə təəssüf hissi keçirməklə bu hadisəni törədənlərə qarşı hiddətlidir. Lakin biz İrandan fərqli olaraq terrora da, onun törədənlərə də nifrət edirik. Tələbimiz isə dəyişməz olaraq qalır: İran məsuliyyətdən boyun qaçırmasın və Azərbaycana qarşı hədə-qorxu siyasətindən əl çəksin!”
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-12-2024