Mobil versiya
Gəncədə Cavad xanın xatirəsi anılıb -Fotolar
Tarix: 16-01-2023 | Saat: 20:12
Bölmə:Özəl | çapa göndər

Gəncədə Cavad xanın xatirəsi anılıb

Gəncədə Cavad xanın xatirəsi anılıb
Gəncədə Cavad xanın rus qoşunlarına qarşı qeyri-bərabər döyüşdə həlak olmasının növbəti ildönümü ilə əlaqədar anım mərasimi təşkil olunub.

aia.az xəbər verir ki, Cavad xanın türbəsi önündə baş tutan anım mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, “Cavad xan” Tarix və Mədəniyyət Fondunun rəhbərliyi, şəhər ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdə Cavad xanın Gəncənin mərkəzində yerləşən türbəsi ziyarət olunub, məzarına tər çiçəklər düzülüb, ruhuna dualar oxunub.
Tədbirdə Gəncənin sonuncu xanı, Ziyadoğlular nəslinin nümayəndəsi Cavad xanın şücaətindən söz açılıb, onun bütün Azərbaycan xalqının qürur mənbəyi olduğu bildirilib. Qeyd olunub ki, Qacarlar nəslindən olan böyük Azərbaycan sərkərdəsi, dövlət xadimi, Gəncə xanlığının sonuncu hökmdarı Cavad xan 1804-cü ilin yanvarında general Pavel Sisianovun başçılığı ilə uzun müddət şəhəri mühasirədə saxlayan rus işğalçı qoşunları ilə qeyri-bərabər döyüşdə, oğulları ilə birlikdə qəhrəmancasına həlak olub. Xanın azadlıq mübarizəsi onu tək gəncəlilərin yox, bütün Azərbaycan xalqının qəhrəmanına çevirib. Məhz elə bu səbəbdəndir ki, iki əsrdən artıq vaxt keçməsinə baxmayaraq, Cavad xanın adı dillərdə, xatirəsi isə qəlblərdə yaşayır.

Xatırladaq ki, Gəncədəki Cavad xanın türbəsi 2005-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunub.

Azər Tağızadə



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
31-10-2024