Mobil versiya
28-saylı TSEK-də nümunəvi iş fəaliyyəti
Tarix: 28-08-2015 | Saat: 11:38
Bölmə:Gündəm / Seçilənlər-6 / Manşet / Karusel | çapa göndər


Dəqiqləşdirilməmiş məlumatların dərc edilməsi oxucuların ümumən kütləvi informasiya vasitələrinə inamını azaldır
Ölkə başçısı cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bütün fəaliyyət sahələrində, o cümlədən tibbi-sosial ekspertiza xidməti sahəsində fəaliyyətin təkmilləşdirilməsi işləri aparılıb. Bu komissiyaların köhnəlmiş iş metodlarının müasirləşdirilməsi, əlillik təyinatı mexanizminin müasir tələblərə uyğun olaraq elektron məlumat mübadiləsi sistemi üzərində qurulması işləri başa çatdırılıb.

Yaxın keçmişdə TSEK-lərin fəliyyətində yer almış və cənab nazir S. Müslümovun rəhbərliyə gəlişi ilə son qoyulmuş korrupsiya hüquqpozmaları müasir Azərbaycan informasiya cəmiyyətində belə bir mənfi tendensiya yaratmışdı ki, bu qurumlarını rəhbərlərinin ünvanına nə qədər tənqid yazsan, bostanlarına nə boyda daş atsan, yeri var. Bu stereotip bəzi media mənsublarının şüurunda hələ də qalmaqdadır və onlar köhnə vərdişlərini davam etdirməkdədirlər. Bunu müşahidə edən qeyri-sağlam ünsürlər məhz həmin KİV-ə üz tutur, əsassız ərizə və şikayətlər yazaraq, şər-böhtan ilə komissiyalara təzyiq göstərməyə, onlardan imtiyazlar qoparmağa, layiq olmadıqları halda əlillik statusu almağa çalışırlar. Belə şikayət xarakterli müraciətlərdən biri də bizim redaksiyamıza daxil olmuşdur. Tovuz rayonundakı 28 saylı TSEK-in fəaliyyəti, komissiya sədri Arif Səmədovun guya öz vəzifəsinin öhdəsindən gələ bilməməsi, sui-istifadə etməsi barədə olan həmin müraciəti yerində araaşdırmaq üçün əməkdaşımız komissiyanın fəaliyyət göstərdiyi bölgədə ezamiyyətdə olmuşdur. Komissiyaya müraciət edən vətəndaşlar arasında sorğu keçirən əməkdaşımız onların komissiya üzvlərindən gördükləri həssas münasibətdən razılıq etdiklərinin şahidi olmuşdur.

Məsələyə münasibəti öyrənilən 28 saylı Tovuz TSEK-nın sədri doktor Arif Səmədov söhbətinin elə əvvəlindəcə qeyd edib ki, rəhbərlik etdiyi komissiyanın fəaliyyəti barədə təsəvvür əldə etmək üçün əsassız şikayətləri yoxlamadan dərc edən qəzet və saytlara deyil, rəsmi statistikaya nəzər yetirmək, digər analoji qurumların göstəriciləri ilə müqayisə etmək yaxşı olardı. Doktor Səmədov söhbət əsnasında vurğulayıb ki, cənab nazir Səlim Müslümovun rəhbərliyi altında həyata keçirilən mütərəqqi islahatlar çərçivəsində hazırlanmış müvafiq proqram təminatı əsasında əlilliyin müəyyən olunması proseduru və əlillik təyinatları ilə bağlı aidiyyəti təşkilatlar arasında məlumat mübadiləsinin tam avtomatlaşdırılması əlillik təyinatları zamanı neqativ hallara şərait yaradan məmur-vətəndaş əlaqəsinin, əlillik təyinatı ilə bağlı kağız formasında arayışların daşınması praktikasının, süründürməçilik hallarının və s. aradan qalxmasına səbəb olacaq.

A.Səmədov TSEK-lərdə müasir tələblərə uyğun iş şəraitinin yaradılmasının diqqətdə saxlanıldığını bildirib: "Son vaxtlara qədər nazirliyin ayrı-ayrı yerli strukturlarının,o cümlədən, TSEK-lərin bir çoxunda mövcud iş şəraiti qənaətbəxş olmadığından həm əməkdaşların normal əmək fəaliyyəti, həm də müraciət edən vətəndaşlara lazımi xidmət göstərilməsi üçün uyğun deyildi. Amma çox hörmətli nazirimiz Səlim Müslümovun təşəbbüsü ilə və rəhbərliyi altında TSEK-lərdə müasir tələblərə uyğun iş şəraitinin yaradılması üçün müvafiq işlər aparıldı və demək olar ki, qısa zaman ərzində bu proses də uğurla başa çatdırıldı".

A.Səmədov şükranlıq hissi ilə Ulu Öndər Heydər Əliyevi xatırlayıb: “Müstəqil Azərbaycanda əlilliyi olan şəxslərin maddi və mənəvi tələbatlarının ödənilməsi sahəsində dövlət siyasətinin formalaşdırılması və inkişaf etdirilməsi işlərinə hələ ötən əsrin 90-cı illərinin ortalarında Ümummilli liderimiz Heydər Əliyev tərəfindən başlanılmışdır. Müstəqil dövlətin qurulması, möhkəmləndirilməsi, onun uzunmüddətli inkişafına yönələn zəruri tədbirlərin həyata keçirilməsi ilə yanaşı, Ulu öndərimiz eyni zamanda əhalinin sosial müdafiəyə xüsusi ehtiyac duyan təbəqələrindən olan əlillərin yeni iqtisadi şəraitdə mənafelərinin qorunmasını, onların sosial rifahının təmin olunmasını dövlət qarşısında mühüm vəzifələrdən biri kimi müəyyən etmişdir. 1995-ci ilin 17 yanvarında Respublika Protez-Ortopedik Bərpa Mərkəzinin kollektivi ilə görüşündə Ümummilli liderimiz Heydər Əliyev “İnsanların, dövlətin, cəmiyyətin fiziki, ruhi cəhətdən müəyyən məhrumiyyətlərə uğramış adamlara qayğısı həmişə yüksək səviyyədə olmalıdır”-deyə vurğulamışdır. Bu sözlər real həyatda öz təsdiqini tapmışdır. Respublikada qeyd olunan şəxslərin hərtərəfli dövlət qayğısı ilə təmin olunması istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, onların maddi təminatı ildən ilə gücləndirilmişdir”.

Sonda həmkarlarımıza xatırladırıq ki, dəqiqləşdirilməmiş məlumatların dərc edilməsi oxucuların ümumən kütləvi informasiya vasitələrinə inamını azaldır.
Aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024