Mobil versiya
"Saytlara 20 özəl xəbər tələbi normaldır"
Tarix: 12-01-2023 | Saat: 13:45
Bölmə:Karusel / Media | çapa göndər

"Saytlara 20 özəl xəbər tələbi normaldır"

"Elə media subyekti var ki, ayda sayta bir xəbər yerləşdirir Buna da media demək olar?"

"Unikal" xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Agentliyin 2022-ci ilin yekunlarına dair hesabat konfransında deyib.

O bildirib ki, Media Agentliyinin 20 xəbər tələbi məsələsi media subyektləri ilə müzakirə edilib və razılaşdırılıb:

“Media subyektinin saytında gündə özünün istehsal etdiyi 20 ədəd xəbər olmalıdır. Bu məsələ media subyektləri ilə geniş müzakirə edilib. Hesab edirəm ki, bu tələb elə də çətin deyil. Türkiyədə bu tələb bizdən dəfələrlə artıqdır. Gələcəkdə ehtiyac yaranarsa bu məsələni yenidən müzakirə edə bilərik”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə