Novruzəli Aslanov: “Ölkəmizdə idmanın inkişafının bilavasitə dövlət başçısının nəzarətində olması bu inkişafın bütün regionlarda sürətlə getməsini təmin edir”
Tarix: 10-01-2023 | Saat: 16:48
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-5 | çapa göndər
“Azərbaycanın getdikcə artan beynəlxalq nüfuzu ölkəmizin idman sahəsində əldə etdiyi uğur və nailiyyətlərdə də özünü təsdiqləyir. O cümlədən artıq tarixə çevrilmiş 2022-ci il də Azərbaycan idmanı üçün möhtəşəm qələbələrlə əlamətdar olub. Keçən il ölkəmizin keçdiyi dinamik inkişaf yolu idman sahəsini də hərtərəfli əhatə edib. Ölkə Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev 2022-ci ilin idman yekunlarına həsr olunan 9 yanvar tarixli mərasimdə çıxış edərkən xüsusi olaraq vurğuladı ki, ötən il idmançılarımızın əldə etdikləri qələbələr və ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha bütün dünyada idman ölkəsi kimi təsdiqləmişdir. Azərbaycan idmançıları 2022-ci ildə mötəbər beynəlxalq yarışlarda 800-dən çox medal qazanıblar ki, onlardan da 300-ə yaxını qızıl medal olmuşdur. Dövlət başçımızın dediyi kimi, mütəmadi olaraq yeni idman ölkələrinin meydana çıxdığı, idman sahəsində rəqabətin durmadan artdığı dünyada ilbəil yüksək nəticələr göstərmək, öz gücünü təsdiqləmək heç də asan məsələ deyil. Lakin idmançılarımız bu vəzifənin öhdəsindən ləyaqətlə gəlirlər. O cümlədən ötən il ölkəmiz dünya və Avropa çempionatlarında layiqincə təmsil olunub. Məlumdur ki, 2022-ci ildə keçirilmiş ən mötəbər idman tədbirlərindən biri də qardaş Türkiyənin Konya şəhərində keçirilmiş V İslam Həmrəyliyi Oyunları olmuşdu. Dünyanın 56 ölkəsinin təmsil olunduğu bu oyunlarda Azərbaycan idmançıları 99 medalla 4-cü yerə layiq görülmüşdülər ki, bu da çox böyük nailiyyətdir.”
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.
Deputat fikirlərini davam etdirərək bildirib ki, Azərbaycanda həyata keçirilən idman siyasəti ölkəmizdə bu sahənin dayanıqlı inkişafını təmin edən əsas amildir: “Artıq bir neçə ildir ki, Azərbaycanda müxtəlif idman növləri üzrə keçirilən dünya və Avropa çempionatları, Avropa oyunları silsilə xarakteri almışdır. Ölkəmizin bir çox beynəlxalq yarışlara ev sahibliyi etməsi Azərbaycanın sadəcə idman sahəsində deyil, eyni zamanda digər sahələrdə də dinamik inkişafının göstəricisidir. Bu gün Azərbaycanda cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət tərəfindən həyata keçirilən siyasət sayəsində idmanın kütləviliyi təmin edilərək ölkədə sağlam nəsil formalaşdırılır. Həmçinin müasir gəncliyin milli-vətənpərvər ruhda, sağlam və güclü yetişdiriliməsi də bu siyasətin nəticəsidir. Dövlət qayğısı ilə əhatə olunmuş idman federasiyaları, təşkilatları, klubları, birliklərı də öz işlərini, birmənalı olaraq, Azərbaycan respublikasında idmanın inkişafına düzgün yönəldilər. Dövlətdən dəstək alan bu qurumlar öz işlərini respublikada bədən tərbiyəsi və idmanın inkişafını təmin etmək, vətənin müdafiəsinə hər an həm fiziki, həm də mənəvi cəhətdən hazır olan gənclər yetişdirmək, müxtəlif idman növləri üzrə milli yığma komandaların ehtiyat qüvvələrinin hazırlanmasına töhfələr vermək prinsipləri üzərində qurmuşlar. Ölkəmizdə idmanın inkişafının bilavasitə dövlət başçısının nəzarətində olması respublikanın bütün regionlarında bu inkişafın sürətlə getməsini təmin edir. Hazırda ölkənin bütün rayon və şəhərlərində idman kompleksləri, Olimpiya mərkəzləri fəaliyyət göstərir. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, idman qələbələri cəmiyyətimizin vətənpərvərlik ruhunu artırır, Azərbaycanı dünyada güclü idman ölkəsi kimi tanıdır, ölkəmizi təbliğ edir.”
Daha sonra N.Aslanov işğaldan azad edilmiş ərazilərdə idmanın inkişafı istiqamətində görülən işlərin əhəmiyyətindən danışıb: “Yanvarın 9-da etdiyi çıxışında möhtərəm dövlət başçımız bu məqamı da xüsusi olaraq qeyd etdi ki, bu gün Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və yenidən qurma işlərinin əsas tərkib hissələrindən biri də bu bölgələrdə idmanın inkişaf etdirilməsidir. Diqqətəlayiq haldır ki, azad edilmiş ərazilərdə keçən il artıq bir neçə beynəlxalq idman yarışı keçirilmişdir. Bu, çox böyük tarixi əhəmiyyət əhəmiyyət kəsb edən bir məqamdır və bu məqam bir daha təsdiq edir ki, azad edilmiş ərazilər indi yenidən canlanır, həmin torpaqlara həyat qayıdır, insanlar qayıdır. Əminliklə demək olar ki, bundan sonra azad edilmiş bölgələrdə beynəlxalq yarışların keçirilməsi ənənəvi hal alacaqdır. Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib və bütövlükdə ölkəmizin dünya arenasında mövqeyi ildən-ilə daha da möhkəmlənir”, - deyə Novruzəli Aslanov fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
28-12-2024