Mobil versiya
Eltun Süleymanov: “İdmana qayğı dövlətin prioritet istiqamətlərindən biridir”
Tarix: 10-01-2023 | Saat: 11:22
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-9 | çapa göndər

Eltun Süleymanov: “İdmana qayğı dövlətin prioritet  istiqamətlərindən biridir”

“Azərbaycanda idman və gənclər siyasətinin düzgün qurulduğunu bu sahədə qazanılmış uğurlu nəticələr də təsdiqləyir. Bir vaxtlar maddi çətinliklər üzündən respublikamızı tərk etmiş neçə-neçə gənc geri qayıdaraq ölkəmizin idman şərəfini uca tutub, üçrəngli bayrağımızı göylərə qaldırıb. Artıq neçə vaxtdır ki, respublikamızda beynəlxalq səviyyəli yarışlar təşkil olunur, idmançılarımız hər il müxtəlif növlər üzrə keçirilən Avropa və dünya çempionatlarına qatılaraq uğurlu nəticələr göstərirlər. Azərbaycan müxtəlif beynəlxalq idman yarışlarının keçirildiyi nüfuzlu məkana çevrilir. Dövlət başçısı İlham Əliyevin əksər hallarda bu yarışları əyani surətdə izləməsi, idmançılarımıza mənəvi və maddi dəstək verməsi, onları ruhlandırması da vacib məqam kimi vurğulanmalıdır. Cənab İlham Əliyev idmana yüksək qayğının nümunəsi kimi idmançılar üçün Prezident təqaüdü, dövlət başçısının göstərişi əsasında isə Milli Olimpiya Komitəsi respublikanın adlı-sanlı idmançıları üçün aylıq təqaüd təsis etmişdir. Hər ilin yekunlarına görə 20-dən çox idmançıya mənzillər və digər mükafatlar verilir, idman mütəxəssislərinə, məşqçilərə böyük həcmdə yardım göstərilir. Prezident İlham Əliyev qazanılmış idman nailiyyətlərinin nümayiş etdirilməsi ilə yanaşı, idman tarixinin öyrənilməsi və təbliği, gənc nəslə sağlam həyat tərzi vərdişlərinin aşılanması, onların milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunması istiqamətində də kompleks tədbirlər həyata keçirir.”

Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.


Müsahibimiz qeyd edib ki, “Azərbaycanın idman ölkəsi kimi dünyada tanınması və bu sahədə qazandığı uğurlar, əldə etdiyi naliyyətlər beynəlxalq idman ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilir. Bu, həm də Azərbaycanda idman sahəsindəki inkişaf proseslərinə beynəlxalq miqyasda göstərilən marağın nümunəsidir.
Cənab Prezident İlham Əliyev 2022-ci ilin idman yekunlarına həsr olunan 9 yanvar tarixli mərasimdə çıxışında bu məsələyə diqqət yönəldərək qeyd etmişdir ki, “İdmançılar beynəlxalq yarışlarda 800-dən çox medal qazanmışlar, onlardan 300-ə yaxını qızıl medaldır. Doğrudan da böyük nailiyyətdir. Çünki dünyada idman sahəsində rəqabət artır, yeni idman ölkələri meydana çıxır. Ona görə hər il bu yüksək nəticələri göstərmək, öz gücünü təsdiqləmək asan məsələ deyil.” Gənc idmançıların hazırlanmasının mütəşəkkil qaydada təmin edilməli olduğunu vurğulayan Azərbaycan Prezidenti deyib: “Bu sahədə son vaxtlar daha məqsədyönlü fəaliyyət də göz önündədir, xüsusilə seleksiya işləri. Bölgələrdə keçirilmiş çoxsaylı tədbirlər həm seleksiya işləri, həm də gəncləri, uşaqları, yeniyetmələri idman bölmələrinə cəlb etmək üçün daha böyük imkanlar yaradacaq”.

Eltun Süleymanov sonda bildirib ki, “dövlətin qayğısı ilə əhatə olunmuş idman federasiyaları, təşkilatları, klubları, birliklərı də öz işlərini, birmənalı olaraq, Azərbaycan Respublikasında idmanın inkişafına sərf etmişdir.Onlar da dövlətdən dəstək alaraq öz işlərini Respublikada bədən tərbiyəsi və idmanın inkişafını təmin etmək, gənc nəsilin sağlamlıqlarının qorunması və fiziki inkişafına nail olmaq və vətənin müdafiəsinə hər an hazır olan yüksək əmək qabiliyyətli, fiziki cəhətdən hazırlıqlı gənclər yetişdirmək, həmçinin respublikanın milli yığma komandalarının ehtiyat qüvvələrinin hazırlanmasında fəal iştirakı təmin etmək prinsipi üzərində qurmuşlar. Bu idman təşkilatlarının yetirmələri vahid komanda şəklində fəaliyyət göstərərək beynəlxalq meydanda yüksək zirvələr fəth etmiş, Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında xalqımızı qələbə və medallarla sevindirməkdədirlər. Tarixi Zəfərin qazanmasında gənclərin, xüsusən idmançı hərbçilərin böyük rolunu diqqətə çatdıran cənab Prezident tədbirdəki çıxışında qeyd etmişdir ki, “azad edilmiş şəhərlərin hər birində idman qurğularının yaradılması nəzərdə tutulur. Bütün şəhərlərin Baş planları təsdiq edilib. Bütün bərpa-quruculuq işləri Baş planlar əsasında aparılacaq və idman obyektlərinin yaradılması nəzərdə tutulur. Ağdamın məşhur “İmarət” stadionunun yeni layihəsi işlənilir.” Bütün bunlar bir daha göstərir ki, Azərbaycan bir dövlət kimi sağlam gələcək üçün lazım olan hər şeyi edir, azad olunmuş ərazilərin yenidən canlandırılması və abadlaşdırılması prioritet məsələ olaraq qalır.”



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-12-2024