Mobil versiya
Eltun Süleymanov: “Sosial firavanlığın təminatı istiqamətində mühüm addımların atılması milli təhlükəsizliyin tərkib hissəsidir”
Tarix: 06-01-2023 | Saat: 15:13
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-9 | çapa göndər

Eltun Süleymanov: “Sosial firavanlığın təminatı istiqamətində mühüm addımların atılması milli təhlükəsizliyin tərkib hissəsidir”

“Cənab İlham Əliyevin sosial-iqtisadi siyasətinin əsas tərkib hissəsini sosial cəhətdən həssas əhali qruplarının, o cümlədən əlilliyi olanların, şəhid ailələrinin, müharibə əlilləri və veteranlarının, mina qurbanlarının sosial müdafiəsinin gücləndirilməsi təşkil edir. Demək olar ki, hər il vətəndaşların əmək haqlarının, pensiyaçıların təqaüdlərinin, aztəminatlı ailələrə, şəhid ailələrinə, Qarabağ əlillərinə, eyni zamanda sağlamlığın məhdud olan vətəndaşlara verilən sosial müavinətlərinin artırılması da buna olan bariz sübutdur. Bu, Azərbaycanda insanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan zəruri addım kimi qiymətləndirilir.
Ölkəmizdə həyata keçirilən sosial siyasət həyatımızın bütün sahələrinə böyük təsirini göstərməkdədir. Həyata keçirilmiş və yaxın gələcəkdə yerinə yetiriləcək tədbirlər, nəhəng layihələr respublikada əhalinin sosial vəziyyətinin getdikcə daha da yaxşılaşması üçün əsaslı zəmin yaradır. Onu da qeyd etmək yerinə düşərdi ki, insana qayğı, onun maddi, mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin apardığı siyasətin mühüm prinsiplərindəndir. Azərbaycan iqtisadiyyatında ardıcıl müşahidə olunan inkişaf meylləri, ayrı-ayrı sahələrdə əldə edilən müsbət nəticələr dövlətin sosial yönümlü siyasətinin daha da gücləndirilməsinə imkan verir.”

Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.


Müsahibimiz qeyd etmişdir ki, “bu gün inamla demək olar ki, Azərbaycanda əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən siyasət mövsümi deyil, davamlı və sistemli xarakter daşıyır. Prezident İlham Əliyevin bu günlərdə imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam da davamlı və sistemli xaraket daşıyan fəaliyyətin tərkib hissəsidir. Bu Sərəncam son beş ildə artıq dördüncü sosial islahat paketinin icrasına başlanmasını, yeni ildə yeni sosial islahat mərhələsinə keçidi təmin edir. Qeyd edilən Sərəncama əsasən minimum aylıq əməkhaqqı 1 yanvar 2023-cü ildən 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırılıb. Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da bir ay müddətində bu Sərəncama uyğunlaşdırılacaq və minimum əməkhaqqı artımı vahid tarif cədvəlinin bütün pillələri üzrə əmək haqlarında artımları təmin edəcək. Ümumilikdə minimum əməkhaqqı və VTC üzrə işləyənlərin əməkhaqqı artımı 700 min nəfəri əhatə edəcəkdir. Ən əsası isə, minimum əmək haqqı bu il üçün müəyyən olunan yaşayış minimumunu (246 manat) da 40,2 faiz üstələyir. Yeni Sərəncama əsasən, minimum pensiya 280 manata çatdırılacaq, müavinət və təqaüdlər artırılacaq. Bununla bağlı Nazirlər Kabineti təkliflərini on gün müddətində hazırlayaraq dövlət başçısına təqdim edəcək. Beləliklə, minimum aylıq pensiyanın məbləği də 16,7 faiz artırılaraq 240 manatdan 280 manata çatdırılacaq. Bu artım 100 minədək pensiyaçını əhatə edəcək. Ümumilikdə bu il sosial ödənişlərdə yeni artımlar üçün əlavə 750 milyon manat vəsait nəzərdə tutulub. Həmin artımlar 1,9 milyon vətəndaşı əhatə edəcək.”

Eltun Süleymanov müsahibəsinin sonunda bildirmişdir ki, “qeyd edilən rəqəmlərdə əldə olunan iqtisadi dividendlərin ilk növbədə əhalinin güzəranının yüksəldilməsinə yönəldilməsi, sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində ardıcıl olaraq mühüm addımların atılması real ifadəsini tapır. Təbiidir ki, belə bir irimiqyaslı sosial paketin icrası üçün güclü iqtisadiyyat və dayanıqlı maliyyə sistemi olmalıdır. Azərbaycanda sadalanan bu iki məqam mövcud olduğu üçün dövlət əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı ciddi addımlar atır. Prezident İlham Əliyevin əhalinin sosial rifahının yaxşılaşdırılmasına hesablanmış sosial islahatlar proqramı nəticəsində Azərbaycanın sosial inkişafında davamlı irəliləyişlərlə xarakterizə olunan yeni keyfiyyət mərhələsinə keçildiyini göstərir və ölkəmizdə sosial firavanlığın təminatı istiqamətində mühüm addımların gələcəkdə də davam edəcəyinə əminlik yaradır. Sabitlik və firavanlıq mühiti isə milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsindən biridir. Ona görə də qeyd edilən Sərəncam mahiyyətcə çox mühüm addım olub, dövlətimizin dayanıqlı inkişafında sosial islahatların əhəmiyyətini təsdiq etmiş olur.”



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-12-2024