Mobil versiya
Rəsmi İrəvanın tarixi saxtakarlığı ifşa olunmalıdır
Tarix: 27-12-2022 | Saat: 10:45
Bölmə:Seçki 2024 | çapa göndər

Rəsmi İrəvanın tarixi saxtakarlığı ifşa olunmalıdır

Azərbaycan-Ermənistan münaqişəsi səbəbindən yüz minlərlə azərbaycanlı Ermənistanı və onun işğal etdiyi Azərbaycan ərazilərini tərk edərək ölkənin digər ərazilərində məskunlaşmaq məcburiyyətində qalır. Azərbaycanın rəsmi məlumatlarına görə, Azərbaycanda qaçqın və məcburi köçkün statusuna malik bir milyon insan yaşayır (2009-cu ilin məlumatı). Onların bir qismi Ermənistan SSR-i tərk etməyə məcbur olmuş etnik azərbaycanlılardır (200 min nəfər), o cümlədən 500 min nəfərə yaxını DQMV və onun ətrafında yerləşən yeddi rayondan (Kəlbəcər, Zəngilan, Ağdam, Füzuli, Laçın, Qubadlı və Cəbrayıl) məcburi köçkün düşmüş insanlardır. Ermənistan-Azərbaycan arasında Dağlıq Qarabağ üzərində etniq münaqişə zamanı Azərbaycan əhalisi arasında köçkünlərin ümumi sayı 750 min nəfərə çatmışdır.
1988-1992 ayrı-seçkilik nəticəsində faktiki olaraq bütün azərbaycanlı əhalisi Ermənistanı tərk etmək məcburiyyətində qalır. Bura 1988-1989-cu illərdə Ermənistandan Azərbaycana köçmüş 220 min azərbaycanlı, 18 min kürd və 3500 rus daxildir. 1989-cu ildə Ermənistanda azərbaycanlıların sayı 84860 nəfər çox olmuşdur (və ya Ermənistan SSR əhalisinin 2,6%-i).
1998-ci ildə Vətəndaşlıq qanunu qəbul edilir. 1999-cu ildə “Qaçqınların və məcburi köçkünlərin (ölkə ərazisində məcburi köçkünlərin) statusu haqqında” və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” qanunlar qəbul edilmişdir.

44 günlük Vətən müharibəsi bizə Azərbaycanın 270 illik tarixində analoqu olmayan bir Zəfər yaşatdı. Bu Zəfər regionda hər kəsin hesablaşmaq məcburiyyətində olduğu bir reallıq ortaya qoydu. Bu reallıq 34 ildən bəri fəaliyyət göstərən Azərbaycan Qaçqınlar Cəmiyyəti üçün də öz fəaliyyət istiqamətlərinə yenidən baxmaq zərurəti doğurdu. Azərbaycan Qaçqınlar Cəmiyyəti bu günə qədər, əsasən, 1988-1991-ci illərdə Qərbi Azərbaycandakı ata-baba yurdundan qovulmuş qaçqınların problemləri ilə məşğul olurdusa, bu gün artıq qarşımızda daha böyük hədəflər – son 220 il ərzində Azərbaycanın tarixi torpaqlarında ermənilərin və onların havadarlarının soydaşlarımıza qarşı deportasiya, soyqırımı, etnik təmizləmə, bu ərazilərdə Azərbaycan tarixi-mədəni irsinin və izinin məhv edilməsi siyasətinin ifşası, Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması vəzifəsi durur. Cəmiyyətin bu günə qədərki adı isə bu məzmunu ehtiva etmədiyi üçün onun adını Qərbi Azərbaycan İcması adı ilə əvəz etməyi məqsədəuyğun hesab edilib.

Qarayev Qulam
A D P U ,T G T sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-09-2024