Mobil versiya
Acarıstanın keçmiş başçısı güllə yarası ilə xəstəxanadadır, bir versiya intihara cəhddir
Tarix: 07-07-2025 | Saat: 20:24
Bölmə:Özəl | çapa göndər

Acarıstanın keçmiş başçısı güllə yarası ilə xəstəxanadadır, bir versiya intihara cəhddir
Acarıstan hökumətinin keçmiş başçısı Tornike Rijvadze bazar ertəsi gecə odlu silahla yaralanıb. Bu məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi də təsdiqləyib.

36 yaşlı siyasətçi hazırda Saqarecoda (Kaxeti bölgəsi) Geo Hospitals klinikasında stabil, ağır vəziyyətdədir. Həkimlər onun ağciyərinin zədələndiyini bildiriblər.

Müxalifət televiziyası Pirveli-nin məlumatına görə, Rijvadze ürəyindən atəş açaraq intihara cəhd edib. Hər şey Dəniz Nəqliyyatı Agentliyinin rəhbəri Aleks Axvledianinin anasının Saqarecodakı evində baş verib. İddia olunur ki, Rijvadze bir neçə gün yaşadığı Batumidən uzaqda yerləşən kiçik şəhərdə olub. Onun orada qalma səbəbləri hələlik məlum deyil.

Hadisə yerində müstəntiqlər işləyir. Hökumətyönlü “İmedi” xəbər verir ki, ora Gürcüstan Daxili İşlər Nazirliyinin rəhbəri Gela Geladze və Gürcüstan Səhiyyə Nazirliyinin rəhbəri Mixeil Sarjveladze şəxsən gəliblər.

Polis Axvledianini dindirmək üçün aparıb - atəş onun adına qeydiyyatda olan silahdan açılıb. Daha sonra Daxili İşlər Nazirliyi onun silahı ehtiyatsızlıqdan saxlama ittihamı ilə (Gürcüstan Cinayət Məcəlləsinin 238-ci maddəsi) saxlanmasını təsdiqləyib.

Faktla bağlı Cinayət Məcəlləsinin 115-ci (özünü öldürmə həddinə çatdırma) istintaqı davam etdirilir.

Tornike Rijvadze “Gürcü Arzusu”na ən sadiq siyasətçilərdən biri olaraq qaldı. O, 2018-ci ilin iyul ayından Acarıstan hökumətinə rəhbərlik edib, bundan əvvəl energetika nazirinin müavini vəzifəsində çalışıb və Energetikanın İnkişafı Fonduna rəhbərlik edib. Onun 2025-ci il aprelin 4-də istefası tamamilə sürpriz oldu: o, heç bir izahat vermədən postunu tərk etdi, hakim partiya isə səbəbləri şərh etməyib.

Onun gedişindən sonra bu vəzifəni Tbilisi polisinin keçmiş rəisi Sulxan Tamazaşvili tutub. Son aylarda yüksək vəzifəni tərk edən təkcə Rijvadze deyildi. İrakli Kobaxidzenin kabineti son aylarda baş verən dəyişikliklərlə sarsılıb. Baş nazir onlardan “korrupsiyaya qarşı tam barışmaz münasibət” kontekstində danışır.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-07-2025