Yeni təyin edilən rektor kimdir? - DOSYE
Tarix: 07-07-2025 | Saat: 18:21
Bölmə:Gündəm | çapa göndər

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Nazim Adil oğlu Pənahov Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru təyin edilib.
aia.az-ın məlumatına görə, 53 yaşlı Nazim Pənahov Azərbaycan Tibb Universitetində çalışırdı. O, 2024-cü ilin oktyabr ayından tədris işləri üzrə prorektor idi.
N.Pənahov 2016-cı ildən 2024-cü ilədək Azərbaycan Tibb Universitetinin Elmi katibi vəzifəsində çalışıb. Həmçinin, səhiyyə nazirinin 11 mart 2019-cu il tarixli əmri ilə nazirliyin baş stomatoloqu vəzifəsini tutur.
Azərbaycan Respublikası Prezidentinin 09 aprel 2021-ci il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasının əməkdar həkimi" fəxri adına layiq görülüb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər