Mobil versiya
Gürcü biznesmen Ramişvili hava limanında silaha görə 7 ilə qədər həbs cəzası gözləyir
Tarix: 07-07-2025 | Saat: 21:26
Bölmə:Özəl | çapa göndər

Gürcü biznesmen Ramişvili hava limanında silaha görə 7 ilə qədər həbs cəzası gözləyir
Tbilisi hava limanında tapança ilə saxlanılan iş adamı Giorgi Ramişvilini 4 ildən 7 ilə qədər həbs gözləyir. Bu barədə Gürcüstan Prokurorluğu məlumat yayıb.

Ramişviliyə qarşı “qanunsuz odlu silah saxlama” (Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin 4-cü hissəsi) ittihamı irəli sürülüb. Prokurorluq istintaq zamanı onun həbs olunması ilə bağlı vəsatət verəcək.

Polisin məlumatına görə, iyulun 6-da Tbilisi Beynəlxalq Hava Limanının uçuş terminalında rentgen müayinəsi zamanı təqsirləndirilən şəxsin əl yükündən 1 ədəd qundağı olan WALTHER PPK/S markalı tapança və 7 ədəd patron aşkar edilib. Silah Ramişvilinin adına rəsmiləşdirilib, lakin iş adamının onu daşımaq hüququ olmayıb.

58 yaşlı Giorgi Ramişvili Gürcüstanın ən böyük telekommunikasiya operatorlarından biri olan Silknet-in sahibidir. O, həmçinin Euronews telekanalının yerli versiyasını idarə edən media holdinqinə və bir çox başqa aktivlərə malikdir.

Müxalifət hesab edir ki, iş siyasi xarakter daşıya bilər, lakin Ramişvilinin vəkili bunu istisna edib. Vəkil iddia edir ki, iş adamı silahı səhvən hava limanına aparıb. Onun sözlərinə görə, o, Fransaya uçmalı idi.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-07-2025