Mobil versiya
Yunanıstan "yanır.".. Bu saatlarda açıq yerlərdə işləmək qadağandır
Tarix: 07-07-2025 | Saat: 15:42
Bölmə:Özəl | çapa göndər

Yunanıstan "yanır.".. Bu saatlarda açıq yerlərdə işləmək qadağandır
Yunanıstanda temperaturun yüksək olduğu bölgələrdə saat 12:00-17:00 arasında açıq yerlərdə işləmək qadağan edilib. Yunanıstan Əmək və Sosial Müdafiə Nazirliyindən verilən açıqlamada, Meteorologiya İdarəsinin bu həftə ölkə daxilində hava istiliyində böyük artım olacağına dair açıqlamasına diqqət çəkilib və yüksək temperatur səbəbiylə işçilər üçün alınması lazım olan tədbirlər sıralanıb.
Bu çərçivədə, Orta Makedoniya, İon adaları, Qərbi Yunanıstan, Thessaly, Messinia bölgələri ilə Samos və Rodos adalarında bu gün saat 12:00-17:00 arasında işçilərin açıq sahədə işləməsinə icazə verilməyəcək.

Yükdaşıma, kuryer, tikinti və gəmiqayırma kimi sahələrdə işlər dayandırılıb.

Bundan əlavə, bu gün səhər İqlim Böhranı və Mülki Müdafiə naziri Yannis Kefaloyannisin rəhbərliyi ilə digər aidiyyəti nazirlik və qurumların iştirakı ilə keçirilən iclasda bu həftə ölkədə gözlənilən yüksək temperaturlara qarşı görüləcək tədbirlər müzakirə edilib.

Buna görə Səhiyyə Nazirliyi, Polis İdarəsi, Sahil Mühafizəsi, Meşəçilik Müdirliyi və Turizm Nazirliyinə bağlı müxtəlif bölmələrin sinxronizasiyada isti havanın mümkün mənfi təsirlərinə qarşı tədbir görməsinə qərar verildi. Silahlı Qüvvələr də öz xidməti ərazilərində patrul xidmətində olacaq və mümkün təhlükələrə qarşı hazır vəziyyətdə olacaqlar.

Mülki Müdafiə Baş Katibliyi də açıqlama verərək vətəndaşlardan yüksək temperaturdan qorunmağa çağırıb. Elanda vətəndaşlardan sərin və kölgəli yerlərdə qalmaları, fiziki güc tələb edən işlərdən çəkinmələri, günəş vannası qəbul etməmələri, küçəyə çıxarkən papaq, gün eynəyi və açıq rəngli, pambıqdan hazırlanmış geyimlərdən istifadə etmələri, ağır yeməklərdən çəkinmələri, spirtli içkilərdən uzaq durmaları və bol su içmələri xahiş olunur.

Yunanıstan Meteorologiya Xidmətinin məlumatına görə, bu həftə ölkə ərazisində havanın temperaturu yüksək olacaq. Bəzi rayonlarda havanın temperaturu 40 dərəcəni keçəcək.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-07-2025