Mobil versiya
Eltun Süleymanov: "Azərbaycan-Serbiya əlaqələri: gələcək inkişafın perspektivləri"
Tarix: 22-12-2022 | Saat: 18:41
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-9 | çapa göndər

Eltun Süleymanov: "Azərbaycan-Serbiya əlaqələri: gələcək inkişafın perspektivləri"

Son illərdə Serbiya prezidentləri Azərbaycana bir neçə dəfə səfərə gəliblər. 2010-cu il mayın 11-13-də Prezident Boris Tadiç, 2013-cü il fevralın 7-9-da isə Prezident Tomislav Nikoliç ölkəmizdə rəsmi səfərlərdə olublar. Tomislav Nikoliçin səfəri zamanı Bakıda görkəmli serb alimi Nikola Teslanın abidəsinin açılışı olub. Bundan əlavə, 2015-ci ilin aprelində o vaxt Baş nazir olan Aleksandar Vuçiç, həmin ilin iyununda isə Prezident Tomislav Nikoliç Bakıya səfər ediblər. Aleksandar Vuçiçin Serbiya Respublikasının Prezidenti kimi Azərbaycana səfəri isə 2018-ci il mayın 21-22-nə təsadüf edib.
Səfərlər çərçivəsində keçirilən görüşlər zamanı ikitərəfli əlaqələrin genişləndirilməsi, ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi, müxtəlif sahələrdə münasibətlərin inkişafı istiqamətində müzakirələr aparılıb.
Bir ay bundan əvvəl Azərbaycan respublikasının Prezidenti İlham Əliyevin Serbiayay, serbiya Prezidenti Aleksandr Vuçiçin bu günlərdə yenidən ölkəmizə səfəri göztərir ki, ölkələrimiz arasında siyasi əlaqələr yüksək səviyyədədir. İndiyədək iki ölkə arasında 50-yə yaxın sənəd imzalanıb. Bu sənədlər arasında 2013-cü ildə imzalanmış Dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə və 2018-ci ildə imzalanmış Strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı xüsusi əhəmiyyət daşıyır. Hər iki sənəddə keçmiş Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn ümumtanınmış prinsip və normalarına, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və ATƏT-in qərarlarına uyğun olaraq, Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında tezliklə həll olunmasının dəstəkləndiyi qeyd olunub.
Dekabrın 21-də Bakıda baş tutan görüşdə Azərbaycan respublikasının Prezidenti cənab İlham Əliyev bu əlaqələrin inkişafında baş verən müsbət qendensiyanı mətbuata verdiyi Bəyanatda qeyd edərək bildirmişdir ki, “Serbiya və Azərbaycan strateji tərəfdaşdırlar, strateji tərəfdaşlığa dair bir neçə sənəd imzalanmışdır. Biz hər zaman bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmişik, dəstəkləyirik və bu siyasət dəyişməz olaraq qalacaq. Biz beynəlxalq hüququn tərəfdarıyıq və əminik ki, ölkələr arasında münasibətlər ancaq beynəlxalq hüququn norma və prinsipləri əsasında tənzimlənə bilər. Bu sahədə dünyada müşahidə olunan ikili standartların təzahürləri, əlbəttə ki, bizi çox narahat edir. Beynəlxalq hüququn norma və prinsipləri bütün ölkələr üçün əsas olmalıdır.”

Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Müsahibimiz qeyd edib ki, Hər iki ölkə başçısının bəyanatlarında toxunduqları məqamlar gələcəkdə də münasibətlərin dostluq və qardaşlıq səviyyəsində inkişafından xəbər verir. Hər iki ölkə ərazisindən keçən nəqliyyat dəhlizləri, ticarət dövriyyəsini artırmaqla yanaşı, logistika imkanlarını genişləndirəcək, mədəni-iqtisadi əlaqələrin yüksək səviyyədə qurulmasına imkan yaradacaqdır.
Əməkdaşlığın ən mühüm sahəsi olan energetika sektoru bu gün Avropada enerji təhlükəsizliyinin prioritet sahələrindən biridir. Qara dənizin dibi ilə çəkiləcək kabel Azərbaycanı bu sahədə də Avropa üçün önəmli təchizatçı kimi təsdiqləyəcək. Bu sahədə Serbiya ilə əməkdaşlıq Azərbaycan üçün önəmlidir. Cənab prezidentin qeyd etdiyi “Bütün bunlar yeni imkanlar, yeni üfüqlər açır və biz bu sahədə, əlbəttə ki, ikitərəfli formatda və çoxtərəfli formatda əməkdaşlıq edəcəyik” fikri bunu deməyə əsas verir.

Eltun Süleymanov sonda qeyd etmişdir ki, “Serbiya Prezidentinin görüşdə səsləndidiyi fikirlər bir vətəndaş kimi insanı qürurlandrır. Onun Bəyanatında səsləndirdiyi “Mən Azərbaycandan 10 dəfə çox neft və qaz ehtiyatlarına malik olan ölkələri tanıyıram, onların vəziyyəti Azərbaycanınkından 10 dəfə pisdir. Bu isə ölkə rəhbərliyinin gücündən, Prezident Əliyevin uzaqgörənliyindən, Azərbaycanın və müasir dünyanın üzləşdiyi çağırışlara yaxşı bələd olduğundan xəbər verir,” fikri isə cənab İlham Əliyevin Avropada bir Lider kimi tanınmasından xəbər verir.
Bütün bunlar yaxın vaxtlarda Azərbaycanla Serbiyanın enerji təhlükəsizliyi, nəqliyyat-logistika imkanlarının genişləndirilməsi, ticarət və iqtisadi inkişaf sahəsində əlaqələri daha da güclənəcək. Özəlliklə imzalanan yeni sazişlər iki ölkə arasındakı iqtisadi, ticari münasibətləri növbəti dəfə yüksək səviyyəyə çatdıracaq.” 



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-12-2024