Mobil versiya
14 yaşlı qız özünü partlatdı-VİDEO
Tarix: 27-08-2015 | Saat: 11:52
Bölmə:Şou-biznes / Seçilənlər-3 / Aia TV / Karusel | çapa göndər

14 yaşlı qız özünü partlatdı-VİDEO
Nigeriyada 14 yaşlı kamikadzenin özünü partlatması nəticəsində 5 nəfər ölüb, onlarla adam xəsarət alıb.
Məlumata görə, Nigeriyanın Yobe ştatının paytaxtı Damaturu şəhərinin avtobus stansiyasında kamikadzenin özünü partlatması nəticəsində 5 nəfər həyatını itirib.
"Mən parkda idim və avtobusa minməyə hazırlaşırdım, birdən səs-küy eşitdim, parkla üzbəüz dayanacağa çoxlu sayda polislərin gəldiyini və meyitlərin daşındığını gördüm" - deyə şahidlərdən biri deyib.


Hadisə ilə bağlı görüntülər

Yobe ştatı hökumətinin nümayəndəsi Abdullahi Beqo hadisə ilə bağlı ölənlərlə yanaşı, 30 nəfərin yaralandığını da bildirib. Yaralılar dərhal yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.
İnsidentin əvvəl kim tərəfindən törədilməsi bəlli olmasa da, sonradan kamikadzenin 14 yaşlı qız olduğu aşkar edilib.
Anoloji hal keçən ay da Niderlanda müşahidə olunub. 10 yaşlı qız - kamikadze özünü partlatması nəticəsində 14 nəfər ölmüş, 47 nəfərin isə yaralanmışdı.
Polislərin sözlərinə görə, azyaşlı qızın terror təşkilatı olan "Boko Haramın" üzvü olduğu güman edilir. /anspress/



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024