Mobil versiya
Stratejı prioritetlər
Tarix: 20-12-2022 | Saat: 10:22
Bölmə:Seçki 2024 | çapa göndər

Stratejı prioritetlər

Azərbaycan postpandemiya və postkonflikt dövründə strateji inkişaf mərhələsinə qədəm qoyub. 2022-2030-cu illəri əhatə edən dövrdə ölkəmiz öz qüdrətini daha da artırmaqla, yüksək rifah cəmiyyətinin qurulması istiqamətində yeni hədəfləri gerçəkləşdirmək əzmindədir. Məhz bu məqsədlə “Azərbaycan-2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq olunub və bu prioritetlərə söykənən “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” hazırlanıb. Bu Strategiya Prezident İlham Əliyevin 22 iyul tarixli Sərəncamı ilə təsdiqlənib. Sənəddə nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsi, icrasına nəzarət və hesabatlılığın həyata keçirilməsi Nazirlər Kabinetinə, monitorinq və qiymətləndirmə işinin görülməsi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə həvalə olunub. Bu Strategiyanın reallaşması 2026-cı ilin sonuna kimi ölkə iqtisadiyyatında böyük dəyişikliklərə səbəb olacaq. Sənədə görə, sözügedən müddətdə iqtisadi artım tamamilə yeni keyfiyyət amilləri bazasında formalaşacaq, xüsusilə prioritet sahələrdə artım templəri sürətlənəcək, iqtisadiyyatın və məşğulluğun dayanıqlılığı daha da güclənəcək. Özəl sektorun, o cümlədən mikro, kiçik və orta sahibkarlığın inkişafı yeni və daha səmərəli stimullar və inkişaf mühiti hesabına artacaq. Özəl və xarici investorların ölkə iqtisadiyyatında fəallığı, qeyri-xammal ixracı genişlənəcək. Yeni strategiyanın ictimai-siyasi, sosial-iqtisadi əhəmiyyətini, əsas hədəflərini “Kaspi” qəzetinə şərh edən millət vəkili Hikmət Babaoğlu bildirib ki, hazırda Azərbaycanda Milli İnkişaf Prioritetlərimiz əsasında formalaşdırılan fəaliyyət proqramının icrası ilə bağlı işlərin həyata keçirilməsinə başlanır. Deputatın sözlərinə görə, Milli İnkişaf Prioritetlərimiz müəyyənləşdirilərkən, hər şeydən öncə bu günə qədər görülən işlərin yeni inkişafı üçün əsaslar yaratması nəzərə alınıb: “2021-ci ildə Azərbaycan Prezidenti ölkəmizin sosial-iqtisadi inkişafına dair milli prioritetlərin müəyyən edilməsi istiqamətində mühüm bir qərar qəbul edərək 2021-2030-cu illərdə onların reallaşdırılması üçün müvafiq qurumlara konkret tapşırıqlar vermişdi. Doqquz ay müddətində Nazirlər Kabineti 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyası ilə bağlı fəaliyyət proqramı hazırlamalı və onun həyata keçirilməsi prinsiplərini müəyyən etməli idi. Hazırda Milli İnkişaf Prioritetlərimiz əsasında formalaşdırılan bu fəaliyyət proqramının icrası ilə bağlı işlərin həyata keçirilməsinə başlanılır. Milli İnkişaf Prioritetlərimiz müəyyən edilərkən bu günə qədər görülən işlərin yeni inkişaf üçün əsaslar yaratması nəzərə alınıbdır. Yəni 2030-cu ilə qədər elan olunan prioritetləri realizə etmək üçün ötən illər ərzində əsaslı sosial-iqtisadi baza formalaşdırılıb”. Mədəniyyət sahəsində strateji fəaliyyət istiqamətləri. Mədəni irsin qorunması. Azərbaycan mədəniyyətinin dünyada təbliği. Gənc nəslin milli ruhda tərbiyə olunması. İstedadlı mədəniyyət xadimlərinin mükafatlandırılması zamanı obyektivliyin gözlənməsi. Tarixi abidələrin qorunması. Yararsız vəziyyətdə olan mədəniyyət ocaqlarının qısa müddət ərzində təftişinin aparılıb yenidən siyahıya alınması. Azad edilmiş torpaqlarda görüləcək işlər.

Vəliyeva Şüşəxanım,
Bakı Dövlət Univetsiteti



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-09-2024