Mobil versiya
Eltun Süleymanov: "Türk dövlətrləri arasında qarşılıqlı əməkdaşlıq yüksəlir, birliyimiz möhkəmlənir"
Tarix: 15-12-2022 | Saat: 14:52
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-9 | çapa göndər

Eltun Süleymanov: "Türk dövlətrləri arasında qarşılıqlı əməkdaşlıq yüksəlir, birliyimiz möhkəmlənir"

Dünya təcrübəsində tarixi-etnik köklərlə, eyni dil qrupu, ənənə və dəyərlərlə bir-birinə yaxın olan xalqların vahid ideya birliyi və həmrəyliyi ilə bağlı çoxsaylı nümunələr gətirmək mümkündür. Azərbaycan Prezidenti 
İlham Əliyev ölkəyə rəhbərlik etdiyi müddətdə ümumtürk birliyinin 
möhkəmləndirilməsi xəttini xarici siyasətdə mühüm istiqamətlərdən
 biri kimi müəyyənləşdirərək təkcə Türkiyə ilə deyil,  Orta Asiyanın  
türkdilli dövlətləri ilə də münasibətlərin gücləndirilməsinə üstünlük verir.
Bu günlərdə Türkmənistan paytaxtında keçirilən Azərbaycan-Türkiyə- Türkmənistan rəhbərlərinin Üçtərəfli Zirvə Görüşündə səslənən bəyanat bir daha sübut edir ki, Türk dövlətlərinin, xalqlarının, diaspor təşkilatlarının 
vahid  məqsədlər uğrunda mübarizə aparması, ideoloji-siyasi  cəbhədə
 eyni mövqedən çıxış etməsi,çirkin erməni təbliğatına qarşı mütəşəkkil mübarizəyə qoşulması Prezident İlham Əliyevin başlıca məqsədlərindən 
biridir. Azərbaycan, Türkiyə və Türkmənistanı bir-biri ilə sıx bağlayan etnik, dini-mədəni köklər və ortaq mənəvi dəyərlər müxtəlif sahələr üzrə əməkdaşlığa geniş imkanlar açır.

Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Müsahibimiz qeyd edib ki, “Cənab Prezidentin Zirvə Görüşündəki nitqində bir sıra ciddi məsələlərə toxunulub və əməkdaşlıq perspektivləri əsaslı surətdə şərh edilib. Dövlət başçısı bildirib ki, Azərbaycan, Türkiyə və Türkmənistan nəqliyyat-logistika sahəsində böyük uğurlara imza atmışdır: "Ölkələrimiz tərəfindən bir çox layihələr icra edilmişdir ki, bunlar da öz növbəsində nəqliyyat bağlantıları sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır. Hər üç ölkədə bu sahəyə qoyulan sərmayələr yeni, müasir infrastrukturun yaradılmasına xidmət etmişdir." Qeyd etmək lazımdır ki, Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir. Türkiyə ilə keçən il imzaladığımız Şuşa Bəyannaməsi münasibətlərimizi strateji müttəfiqlik səviyyəsinə çatdırmışdır. Şuşa Bəyannaməsi elə bir sənəddir ki. Azərbaycanın haqq işini, Azrəbaycan-Türkiyə qardaşlığını bu səviyyədə əhatə edən ikinci bir sənəd olmamışdır. Bu Bəyannamə sayəsində Türkiyə və Azərbaycan münasibətləri rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir. Şuşa Bəyannaməsi əhatəli sülhə yol açır. Bəyannamə Qarabağ ərazisində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının inteqrasiyası üçün əlavə imkanlar yaradır. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır və öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri icra etməklə önəmli tranzit ölkəsinə çevrilmişdir. Cənab Prezidentin qeyd etdiyi kimi “ 2022-ci ilin ilk 10 ayında Azərbaycan ərazisindən keçən ümumi tranzit daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 80 faizdən çox artmışdır.”

Eltun Süleymanov bildirmişdir ki, “2017-ci ildə Azərbaycan ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdır. İmzalanmış hər bir sənədin arxasında duran, sözü də imzası qədər etibarlı olan Türk liderlərin vahid platformadan çıxış etməsi, birliyimizin, inkişafımızın əsas şərtlərindən biridir. Ən yaxşı hal odur ki, əmədaşlıq əməli işlərlə, iqtisadi əlaqələrlə davam etdirilir. 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 45 faiz artaraq 5 milyard dollara çatmışdır. Azərbaycandan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın, Türkiyədən Azərbaycan iqtisadiyyatına isə 14 milyard dollara yaxın sərmayə yatırılmışdır. Bu il Türkmənistan ilə ticarət dövriyyəsi 5 dəfə artmışdır. Bu da onu deməyə əsas verir ki, hər üç dövlət arasında iqtisadi münasibətlərin getdikcə möhkəmlənməsi, siyasi əlaqələrin genişləndirilməsi regionda söz sahibi olacaq birliyin əsasını qoymuşdur. Etnik tarixi kökləri eyni olan, ortaq tarixə və mədəniyyətə malik qardaş ölkələrin vahid platformada çıxış etməsi çox mühüm əhəmiyyətə malikdir. Azrəbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu kimi məsələlərə böyük önəm verməsi, dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi yolunda atdığı addımlar artıq öz bəhrəsini verməkdədir.

Müsahibimiz sonda qeyd etmişdir ki, “Zirvə Görüşündə Türkmənistanla Azərbaycan arasında iqtisadi münasibətlərə dair 5 sənədin imzalanması gələcəkdə hər iki türk dövləti arasında qarşılıqlı əməkdaşlığın daha da inkişaf edərək yüksək səviyyəyə çatacağından xəbər verir.
Cənab Prezidentin çıxışında qeyd etdiyi kimi ölkələrimiz beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər təsisatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərməsi və əməkdaşlıq etməsi bir daha sarsılmaz türk birliyinin, qardaşlığının rəmzi kimi dərk edilməlidir. Bu birlik xalqlarımızın, dövlətlərimizin vahid platformadan çıxış etməsi, iqtisadi əlaqələrin yüksək inkişafı ilə xarakterizə olunması və gələcəkdə əməkdaşlığın yeni zirvələrlə yüksəlməsi üçün əsasdır”.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-05-2024