Mobil versiya
Böyük ömrün səhifələri: Heydər Əlirza oğlu Əliyev
Tarix: 13-12-2022 | Saat: 09:46
Bölmə:Gündəm / Özəl | çapa göndər

Böyük ömrün səhifələri: Heydər Əlirza oğlu Əliyev

Heydər Əliyev 1923-cü il may ayının 10- da Naxçıvanda anadan olub.
Tarixin keşməkeşli illərinə təsadüf edən uşaqlıq və yeniyetməlik dövrü sınaqlarla zəngin olub.
1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqradda xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirir. Ali təhsil aldığı dönəmdə xüsusi istedadı və qabiliyyəti ilə fərqlənən Heydər Əliyev başladığı hər bir işi uğurla sona çatdırardı.
Gənc və istedadlı kadr kimi artıq aidiyyatı orqan və təşkilatların diqqətini cəlb etmişdi. Qısa zaman kəsiyində uğurlar biri digərini əvəzləyirdi.
Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək böyük və ağır məsuliyyətli işi çiyinlərinə götürür. Məsuliyyətli işində qətiyyətli Lider kimi tanınaraq, böyük uğurlara imza atır.
1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib, SSRİ-nin rəhbərlərindən biri olub.
SSRİ kimi nəhəng dövlətdə yüksək post tutan Heydər Əliyev nəinki İttifaqda hətta Sovetlər İttifaqı ilə əlaqəsi olan xarici ölkələrdə də özünə məxsusi hörmət qazanır.
Ancaq, sonralar İmperiyanın qəddar, avtoritar siyasətinə qarşı çıxaraq, açıq şəkildə cəsarətlə etiraz edir.
Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.
Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.
Artıq İmperiyanın qəddar qisasçılıq hisslərindən başqa heç nəyi qalmamışdı.
1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub.
Azərbaycanda yaranan siyasi mühitin xaos vəziyyətinə Ulu Öndər biganə qala bilməzdi.
Ulu Öndər bir qrup ziyalının müraciətinə müsbət cavab verir. 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib.
Cəmi 7 aydan sonra xalqın təkidi və tələbi ilə yenidən hakimiyyət məsuliyyətini üzərinə götürür.
1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev iyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 1998-ci il oktyabrın 11-də keçirilən növbəti prezident seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.
Ulu Öndər müstəqil Azərbaycanın inkişafı üçün titanik işlər görür.
Həyatının son anlarında belə xalqını, dövlətini düşünən dahi Öndər Azərbaycanın gələcəyini İlham Əliyev kimi istedadlı və qətiyyətli Liderə etibar və amanət edir.
2003-cü il oktyabrın 15-də keçiriləcək prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirakdan imtina edərək xalqa müraciət edir və sona çatdıra bilmədiyi işləri İlham Əliyevin uğurla yekunlaşdıracağını bildirir.
Tarix sübut etdi ki Ulu Öndər bu seçimində də haqlı idi və haqlı olaraq Azərbaycanın taleyini onu düşdüyü bəlalardan xilas edə biləcək Liderə İlham Əliyevə etibar edir.
Uzun müddət ABŞ-ın Klivlend klinikasında müalicə olunan Heydər Əliyev 2003-cü il dekabrın 12-də dünyasını dəyişir və Fəxri Xiyabanda dəfn olunur.
Ulu Öndərin ideyaları əbədi yaşayır və yaşayacaq!


İlqar İlyasov
YAP Laçın rayon təşkilatının sədri



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-12-2024