Qələbəmizin əzəməti
Tarix: 16-10-2025 | Saat: 11:18
Bölmə:Siyasət | çapa göndər

Cənab Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, 17 oktyabr “Füzuli şəhəri günü” kimi təsdiq olunub. Bu qərar, rayonun işğaldan azad edilməsinin tarixi əhəmiyyətini əbədiləşdirən ən önəmli addımlardan biridir. Füzuli rayonu tarix boyu Azərbaycanın ən qədim və mədəniyyət baxımından zəngin bölgələrindən biri kimi tanınıb. Bu torpaq həm maddi, həm də mənəvi irs baxımından mühüm dəyərə malikdir. Babı kəndində yerləşən səkkizguşəli türbə kimi unikal abidələr Füzulinin qədim sivilizasiyaların beşiyi olduğunu göstərir. Təəssüf ki, 23 avqust 1993-cü ildə erməni silahlı birləşmələrinin hücumu nəticəsində Füzuli şəhəri və rayonun böyük hissəsi işğal edildi. İşğal dövründə bu ərazilərdə tarixi abidələr dağıdıldı, kəndlər və şəhər yerlə-yeksan edildi.
Lakin Ulu Öndər Heydər Əliyevin 5 yanvar 1994-cü il tarixli əmrinə əsasən həyata keçirilən əks-hücum əməliyyatı nəticəsində rayonun 22 yaşayış məntəqəsi azad olundu. Bu hadisə həm Ordumuzun gücünü, həm də xalqımızın mübarizə əzmini nümayiş etdirən mühüm bir mərhələ oldu.
2020-ci ilin Vətən müharibəsində Füzuli uğrunda gedən döyüşlər müasir Azərbaycan hərb tarixində ən şanlı səhifələrdən birinə çevrildi. Rayonun strateji mövqeyi əməliyyatları çətinləşdirsə də, Azərbaycan Ordusunun peşəkarlığı, əzmi və texnoloji üstünlüyü sayəsində təmas xəttindəki möhkəmləndirilmiş müdafiə sədləri qısa zamanda yarıldı. 17 oktyabr 2020-ci ildə Füzuli şəhəri ilə yanaşı, Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı və Dədəli kəndlərinin də azad edilməsi nəticəsində tarixi ədalət bərpa olundu.
Bu qəhrəmanlıq nümunəsini əbədiləşdirmək məqsədilə cənab Prezident İlham Əliyevin sərəncamı ilə 2020-ci ilin noyabr ayında “Füzulinin azad olunmasına görə” medalı təsis edildi. Hərbi mütəxəssislər Füzuli əməliyyatlarını Azərbaycan Ordusunun yüksək peşəkarlığının, müasir döyüş taktikalarının və texniki təminatının parlaq göstəricisi kimi qiymətləndirirlər.
Bu gün Füzuli dirçəlişin və “Böyük Qayıdış”ın rəmzinə çevrilib. İşğaldan sonra ən çox minalanmış bölgələrdən biri kimi tanınsa da, burada həyat yenidən canlanır. Dövlətin həyata keçirdiyi bərpa və quruculuq layihələri nəticəsində şəhərin siması tam dəyişir, yeni infrastruktur, yaşayış kompleksləri, məktəblər və sosial obyektlər inşa olunur.
Eyni zamanda, Füzuli türk dünyasının həmrəyliyinin də parlaq nümunəsinə çevrilib. Qazaxıstan Prezidentinin təşəbbüsü ilə burada inşa edilən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi dostluq və birliyin təcəssümüdür.
Beləliklə, 17 oktyabr təkcə Füzulinin azad olunma tarixi deyil, həm də xalqımızın qələbə əzmini, dövlətimizin gücünü və qalib Azərbaycanın gələcəyinə olan inamını ifadə edən qürur günüdür.
Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-10-2025