Səttar Möhbalıyev: “2020-ci ildə keçirilən Zəfər paradı hər birimizə qürurlu və unudulmaz anlar yaşatdı”
Tarix: 09-12-2022 | Saat: 16:23
Bölmə:Manşet / Siyasət / Seçilənlər-1 | çapa göndər
“Bütün Azərbaycan xalqının, o cümlədən dünyanın müxtəlif yerlərində yaşayan soydaşlarımızın iftixarı və fəxri olan 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Qələbənin möhtəşəm nümayişi təntənəli şəkildə keçirilən Zəfər paradı oldu. Bu tədbir, təbii ki, hər birimizi fərəhləndirdi. Bundan öncə də Azadlıq meydanında keçirilən paradları seyr etmişdik, amma 2020-ci il dekabrın 10-da baş tutan parad, adından da göründüyü kimi, artıq qalib Azərbaycan Ordusunun Zəfər paradı idi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şərqi Zəngəzuru və Qarabağı işğaldan azad edən əsgər və zabitlərimiz Azadlıq meydanında qürurla addımladı, nəyə qadir olduqlarını, gücünü, qüdrətini nümayiş etdirdi. Həmin vaxt dünya mediasında Azərbaycanın Zəfər paradına geniş yer verildi, beynəlxalq ictimaiyyət tərəfindən maraqla izlənildi. Bu həm də düşmənlərimizə, onların havadarlarına, 30 il təcavüzkar siyasəti dəstəkləyənlərə böyk göz dağı oldu”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, Ordumuzda uzun illər aparılmış keyfiyyət və kəmiyyət dəyişiklikləri onu yenilməz etdi, 44 günlük Vətən müharibəsində hamı buna şahid oldu: “Bir daha təsdiqləndi ki, Azərbaycan Cənubi Qafqazın ən qüdrətli Ordusuna sahibdir, qoşunlarımız döyüş hazırlığına görə MDB məkanında ön sıralarda qərarlaşıb. Dünyanın ən modern, strateji silahları, digər hərbi texnikaları onun arsenalında mövcuddur. Hər zaman Azərbaycana qardaş dəstəyi göstərən Türkiyə Zəfər paradında da yanımzada oldu, sevincimizi bölüşdü. Türkiyəli əsgər və zabitlər paradda qardaşları ilə yanaşı addımladılar və bəyan etdilər ki, dar gündə də, sevincli anlarda da hər iki qardaş dövlətin qəlbi bir döyünür. Hətta dost və qardaş dövlətin başçısı cənab Rəcəb Tayyib Ərdoğan möhtərəm Prezidentimiz İlham Əliyevin dəvətilə paradda iştirak etdi, tarixi qələbə münasibəti ilə xalqımızı təbrik etdi. Ümumiyyətlə, Zəfər paradı həm də Azərbaycan-Türkiyə qardaşlığının nümayişi ilə yaddaşlara həkk oldu”.
“Zəfər paradında 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi hər birimizdə qürurlu və unudulmaz anlar yaşatdı. Bir daha bəyan oldu ki, Azərbaycan Ordusu günü-gündən qüdrətini artırır, ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə təhdid yaradan istənilən təcavüzkara layiqli cavab verməyə, yerində oturtmağa qadirdir. Bu il avqustun 3-də və sentyabrın 12-13-də erməni təxribatına verilən tutarlı cavab bunun bariz nümunəsidir. Azərbaycanın əsgər və zabitləri yüksək döyüş ruhu ilə bir daha göstərdilər ki, Vətəni canları, qanları bahasına qorumağa hər an hazırdırlar, bunun üçün istənilən vaxt səfərbər olmağı bacarırlar, sözlə başa düşməyən düşmən üçün yenilməz “Dəmir yumruq” yerindədir”, - Milli Məclisin deputatı bildirib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
28-12-2024